Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:56

Azərbaycan 'aşağı orta gəlirli' ölkəyə çevrilib


Pul

«Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının hədəflərindən biri də dövrün sonuna ölkədə adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmini iki dəfə artıraraq 13 min ABŞ dollarına çatdırmaqdır.

Sənəddə Azərbaycanın 2020-ci ilədək Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr» arasında tamhüquqlu ölkə olması hədəflənir. Məqsəd hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığı aradan qaldırmaq, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən, «yüksək insan inkişafı» ölkələri qrupunda yuxarı sıralara yüksəlməkdir.

Buna da bax-Avropalılar Azərbaycan barədə indi nə düşünür?

Azərbaycan Dünya Bankının (DB) «yuxarı orta gəlirli» ölkələr qrupuna digər MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuşdu. DB-nin təsnifatına görə, adambaşına ÜDM 1025 ABŞ dollarından aşağı və daha az olan ölkələr aşağı gəlirli, 1026 – 4 min 35 ABŞ dolları olan ölkələr aşağı orta gəlirli, 4 min 36 – 12 min 474 ABŞ dolları olan ölkələr yuxarı orta gəlirli, 12 min 476 və daha çox ABŞ dolları olan ölkələr isə yüksək gəlirli ölkələr sayılır.

Ancaq Azərbaycan nəinki «yuxarı orta gəlirli» ölkələr sırasında mövqeyini sabit saxlamayıb, üstəlik, keçən il bir pillə də düşüb. Belə ki, 2015-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM 5 min 558.7 min dollar olub. Keçən il isə adambaşına düşən ÜDM 6 min 223.8 manat olub ki, bu da bugünkü məzənnə ilə 3 min 449 dollar edir. Bu da o deməkdir ki, Dünya Bankının təsnifatı ilə Azərbaycan «aşağı orta gəlirli» ölkələr sırasına geriləyib.

Müqayisə üçün, 2015-ci ildə Gürcüstanın adambaşına düşən gəliri artaraq 4 min 160 dollara çatıb. DB-nin hesabatında göstərilir ki, Gürcüstan qonşu ölkələrlə müqayisədə Ümumi Milli Gəlir reytinqində sıçrayış edib, aşağı orta gəlirli səviyyəsindən yuxarı orta gəlirliyə çevrilib.

XS
SM
MD
LG