Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

Ötən il Azərbaycan hava gəmiləri 26 min 639 dəfə səmaya qalxıb


AzAL
AzAL

Ötən il Azərbaycan bort nişanlı 66 təyyarə və helikopter 26 min 639 uçuş gerçəkləşdirib. Özəl və dövlət mülkiyyətində olan aviaşirkətlərin gəlirləri 30 faizdən çox artıb.

Dövlət Statistika Komitəsində (DSK-da) AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildiriblər ki, yük və sərnişin daşınması üzrə ilboyu həyata keçirilən uçuşların sayı 12.8 faiz artıb. 2016-cı ildə yanacaq sərfiyyatı 11.8 faiz çoxalaraq 216.7 min tona çatıb. Yerli aviaşirkətlərin gəliri 1 milyard 310.3 milyon manat – 2015-cı ildəkindən 307 milyon manat çox olub.

BİR TƏYYARƏ ALINIB

İxracatçı ölkələrin bugünə - martın 21-nə açıqlanan son məlumatına görə, ötən il Azərbaycana yalnız bir ədəd hava gəmisi satılıb. Böyük Britaniya Azərbaycana 24.2 milyon ABŞ dolları dəyərində helikopter satdığını bildirir. Azərbaycan mülki təyyarə və helikopterlərin alışına dair gömrük statistikasını açıqlamır.

Buna da bax-Cahangir Əsgərova hökumətlərarası saziş imzalamaq səlahiyyətini kim verib?

DSK-da AzadlıqRadiosuna bildiriblər ki, ötən il hava nəqliyyatı sektorunda əsas kapitala 8 milyon 145.7 min manat investisiya yönəldilib.

AVİASİYADA ÇALIŞANLARIN SAYI AZALIB

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin əvvəlinə mülki aviasiya sektorunda çalışanların sayı 12 min 373 nəfərdən 11 min 563 nəfərə enib. İnflyasiya yüksək olsa da, aviatorların nominal maaşları (vergi və sosial sığorta ayırmalarından öncə) 847 manat olub və ilboyu cəmi 3.4 faiz artıb.

Keçən il sərnişin daşımaları (1 milyon 981.7 min nəfər) 8.7 faiz, yük daşımaları (157.9 min ton) 23.5 faiz artıb. Özəl aviaşirkətlər 4.4 min sərnişin və 143.6 min ton yük daşıyıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG