Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Azərbaycan Türkiyədə təlimlərə qatılacaq


Sentyabrın 28-dən oktyabrın 7-dək Türkiyədə “Mavi Balina - 2018” hərbi təlimləri keçiriləcək.

Bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığının mətbuata açıqlamasında bildirilir.

Şərqi Ağ dənizdə icra ediləcək hərbi təlimlərə bəzi NATO ölkələri ilə yanaşı Əlcəzair, Qətər, Küveyt, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistan və Azərbaycan da qatılacaq.

Verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd iştirakçı hərbi birliklərin hazırlıqlarını gücləndirmək və bunun koordinasiya olunmasıdır.

Təlimlərə Türkiyənin və eləcə də bəz NATO ölkələrinin hərbi texnikaları cəlb edilcək.

Azərbaycanın hərbi təlimlərə 18 hərbiçi, habelə 7 hərbi dənizçi müəllim və nəzarətçi ilə qatılacağı bildirilir.

XS
SM
MD
LG