Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 22:25

Azərbaycan turizm indeksində neçənci oldu


Xarici turistlər Azərbaycanda qiymətlər haqda - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Xarici turistlər Azərbaycanda qiymətlər haqda - Sorğu

Reytinqdə ilk beşliyi Yaponiya, Birləşmiş Ştatlar, İspaniya, Fransa və Almaniya tutub

Azərbaycan Dünya İqtisadi Forumunun (WEF) Səyahət və Turizmin İnkişafı İndeksində 117 ölkə içində 63-cü yerdədir. İndeks bu gün – mayın 24-də açıqlanıb.

Qonşulardan Ermənistan 61, Gürcüstan 44-cüdür.

Bu indeks Davosda Dünya İqtisadi Forumunun keçirildiyi vaxtda açıqlanır. Dünyanın bir sıra yerlərində turizm sektoru COVID-19 pandemiyasının vurduğu zərbədən dirçəlməkdədir, forum bildirir.

Rusiyalı turistlərin getdiyi ölkələr

Reytinqdə ilk beşliyi Yaponiya, Birləşmiş Ştatlar, İspaniya, Fransa və Almaniya tutub.

İndeks 117 iqtisadiyyatı səyahət və turizm sənayesinin inkişafı, davamlılığı və möhkəmliyinə təsir göstərən faktorlar üzrə dəyərləndirir. Bu sənaye öz növbəsində iqtisadi və sosial inkişafa töhfə verir.

Ukraynada gedən müharibə, işğalın Rusiyaya sanksiyalara və səyahət qadağalarına səbəb olması turizm sektorunun dirçəlməsinə təzyiqi artırıb. Dünyanın bir sıra aviaşirkətləri əməliyyatlarının marşrutlarını dəyişiblər ki, bu da səyahətin vaxtını və xərcini artırıb.

Ümumilikdə Rusiya və Ukrayna beynəlxalq turizm xərcləmələrinin 3 faizini təşkil edir. Rusiyalı turistlər əsasən Azərbaycana, Gürcüstana, Türkiyəyə, İsrailə, BƏƏ-yə və Tailanda gedir, hesabatda deyilir.

Pandemiya

WEF qeyd edir ki, hazırda beynəlxalq turizm və biznes səyahəti pandemiyadan öncəki səviyyədən aşağı olsa da, COVID-19-a qarşı vaksinasiyanın səviyyəsi, ölkəiçi və təbiət turizminə tələbatın artması turizm sektorunda bərpanı gücləndirib. Bir çox şirkətlər və məkanlar bu dəyişən tələb dinamikasına uyğunlaşıb.

2021-ci ilin yanvarıyla bu ilin yanvarı üzrə beynəlxalq turist səyahətlərinin fərqi 2021-ci il üzrə ümumi artımdan böyük olub.

2019-cu ilin sonunda Çində aşkarlanan COVID-19 bir neçə ay sonra qlobal pandemiya elan olunub. Koronavirus indiyədək dünyada 6 milyon 200 mindən çox insanın həyatına son qoyub, ümumi yoluxma sayı 520 milyondan çoxdur. Bir sıra ölkələr pandemiya qadağalarını ötən ildən tədricən qaldırmağa başlayıblar.

XS
SM
MD
LG