Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:29

10 ayda kredit qoyuluşu 6 milyard azalıb


Azərbaycan manatı
Azərbaycan manatı

İlk devalvasiyadan ötən 18 ay ərzində kreditlərin həcmi 3 milyard manata (17%) yaxın azalıb.

Mərkəzi Bank bu ilin 10 ayı üzrə statistik göstəriciləri açıqlayıb.

Bu ilin ilk 10 ayı ərzində ölkədə 15 milyard 820 milyon manatlıq kredit qoyuluşu olub. Bunun 719 milyon manata yaxınını manat, 531 milyon manata qədərini dollar təşkil edib.

Ötən il isə qoyulan keditin məbləği 22 milyarda yaxın olub. 2015-ci illə müqayisədə, bu ilin sonuna doğru kredit qoyuluşunda fərqin 5-6 milyard civarında olacağı ehtimal edilir.

Buna da bax: SOCAR prezidentinin faiz 'minnəti'

Bölgələr üzrə ən çox kredit Bakıya verilib

Rəqəmlərin təhlilindən görünür ki, 2016-cı ilin ilk 10 ayı ərzində kredit qoyuluşuna görə, regional iqtisadi bölgələr arasındaBakı yenə də liderlik edir. Ümumi kredit məbləğinin 80 faizdən çoxuı paytaxtın payına düşüb, amma ötən illə müqayisədə Bakıya kredit qoyuluşu 5 milyard manat azalıb.

infoqrafika: Azərbaycan manatı və qiymətlər, 21 fevral 2015
infoqrafika: Azərbaycan manatı və qiymətlər, 21 fevral 2015

Kreditlərin verilməsinə görə, ikinci yerdə Aran iqtisadi rayon qərarlaşır, bu bölgəyə 609 milyon manatlıq kredit verilib. Amma2015-ci illə müqayisədə Aranın da payı təxminən 300 milyon manat azalıb.

Lənkəran iqtisadi rayonunda kredit qoyuluşu (ötən illə müqayisədə) 328 milyon manatdan 219 milyon manata (33 faiz azalma) enib.

Dağlıq Şirvan iqtisadi bölgəsi 2015-ci ildə 127 milyon manatlıq kredit əldə etmişdisə, bu ilin ilk10 ayı ərzində 93 milyon manat kredit verilməsi qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasında da kredit qoyuluşunda ötən illə müqayisədə azalma müşahidə olunub. Ötən illə müqayisədə 30 milyon az kredit alan respublikada bu göstərici 105 milyon manata düşüb.

2015-ci ildə 70 milyonluq kredit alan Yuxarı Qarabağda bu il kredit qoyuluşu 42 milyon manata düşüb.

Foto: arxiv
Foto: arxiv

Faiz dərəcəsi Bakıda az, bölgələrdə yüksək olub

Mərkəzi Bankın statistikasının təhlilindən görmək olar ki, iqtisadi regionlar üzrə kreditin faiz dərəcəsi bölgələrə görə fərqli olub. Əgər Bakıda krediti 9 faizlə veriblərsə, regionlarda bu, ən aşağı 13, ən yuxarısı 22.9 faiz olub. Ölkə üzrə orta faiz dərəcəsi 11 götürülüb.

Ancaq ötən illi müqayisədə bu il faiz dərəcələri aşağı salınıb. 2015-ci ildə ölkə üzrə kreditlərə tətbiq edilən faiz dərəcəsi 13 olub. Ötən il Bakıda 11, Lənkəranda 23 faizlə kredit verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG