Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

AŞPA Azərbaycan üzrə yeni məruzəçisi təyin edib


İyunun 28-də AŞPA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni məruzəçini təyin edib. O, Rumıniyadan olan deputat Florin Predanı əvəzləyib.

Yeni məruzəçi Britaniyadan olan Rocer Geyl-dir.

Bu barədə “Turan” agentliyinə Monitorinq Komitəsi katibliyinin nümayəndəsi bildirib.

Roger Geyl Monitorinq Komitəsinin rəhbəridir.

Onun əvəz etdiyi keçmiş məruzəçi Fiona Predanın adı AŞPA üzvlərinin korrupsiyası və lobbiçiliyi ilə bağlı qurumun yaz sessiyasında qəbul edilmiş sənəddə keçir.

Monitorinq Komitəsinin Azərbaycan üzrə başqa məruzəçisi avstriyalı Stefan Şennakdır.

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.

XS
SM
MD
LG