Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 04:11
Əliyev aylar sonra ilk dəfə görüşdü: Putin AZAL təyyarəsi ilə bağlı söz verdi
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Əliyev aylar sonra ilk dəfə görüşdü: Putin AZAL təyyarəsi ilə bağlı söz verdi

Əliyev aylar sonra ilk dəfə görüşdü: Putin AZAL təyyarəsi ilə bağlı söz verdi

Son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik hökm sürüb. Bu ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb... Bu il iyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah edib. Amma sonradan da Azərbaycan diasporunun bir çox təmsilçiləri müxtəlif ittihamlarla həbs ediliblər. Başqa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb.

Bakı-Moskva gərginliyi Rusiyadakı azərbaycanlılara təhdiddir?

'Qorxurlar ki, gəlib apararlar' - Rusiya ilə gərginlik azərbaycanlılara necə təsir edə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Rusiya XİN-dən tövsiyə

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya vətəndaşlarına tövsiyə edir ki, mövcud şəraitdə Azərbaycana səfər edib-etməmək barədə qərar verərkən bu ölkədəki vəziyyəti diqqətlə nəzərdən keçirsinlər.

+++

Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda Rusiya vətəndaşlarına fiziki zorakılıq göstərildiyi haqda bəyanat yayıb. İyulun 2-də yayımlanan bəyanatda deyilir ki, səfirlik son sutka ərzində Azərbaycanda olan, habelə turizm məqsədilə səfər edən Rusiya vətəndaşlarından çoxsaylı müraciətlər alıb.

"Müraciətçilərin sözlərinə görə, yaşadıqları ünvanlara mülkigeyimli şəxslər (bəzi hallarda özlərini polis əməkdaşı kimi təqdim ediblər) gəlib və onların ölkədə qalma məqsədini sorğu-sual edərək sənədlərini yoxlayıblar. Bəziləri deyir ki, onlara və ailə üzvlərinə fiziki zorakılıq tətbiq olunub", - bəyanatda vurğulanır.

Rusiya səfiri Azərbaycan XİN-ə çağrılıb

İyulun 2-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in məlumatına görə, nazir müavini Araz Əzimov ilə görüşdə "Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz" diqqətə çatdırılıb.

Açıqlamada iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi basqınlar zamanı iki nəfərin həlak olması və bəzilərinin yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb: "Baş vermiş hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə "etnik cinayətkar qrup" kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb".

Açıqlamaya görə, habelə Azərbaycan tərəfindən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib.

Bu açıqlamaya Rusiyanın Azərbaycandakı səfirliyindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

Yekaterinburqda saxlanılan Azərbaycan əsilli şəxslərə ittiham irəli sürülüb

Rusiya İstintaq Komitəsi bildirir ki, 2001, 2010 və 2011-ci illərdə Sverdlovsk vilayətində törədilmiş qətl və qətlə cəhd faktları üzrə cinayət işinin istintaqı davam edir. İş üzrə təqsirləndirilən şəxslər arasında Mazahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gəncəyev, Şahin Lalayev Bəkir Səfərov var. Onlardan beşinə bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla qətl törətmə, muzdla adam öldürmə və muzdla adam öldürməyə cəhd maddələri ilə ittiham irəli sürülüb.

Rusiya vətəndaşı olan bu şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.

Qurumun iddiasına əsasən, təqsirləndirilən şəxslər mütəşəkkil cinayətkar qrupun üzvləri olublar, onların 2001-ci ildə bıçaqlanaraq öldürülən Y.Paşayevin, 2010-cu ildə muzdla qətlinə cəhd edilən F.Şirinovun və 2011-ci ildə qətlə yetirilən Azərbaycan vətəndaşı İ.Hacıyevin ölümü ilə bağlılıqları var. İstintaq habelə bildirir ki, cinayətlərin əsas motivi biznes sahəsində nüfuz dairələrinin bölüşdürülməsi və şəxsi qisas olub.

Habelə iddiaya görə, təqsirləndirilən şəxslərdən biri istintaqa ifadə verərək hadisələrin detallarını açıqlayıb və cinayət ortaqlarını ifşa edib.

Adları çəkilən şəxslərin, onların vəkillərinin bu deyilənlərə münasibəti bəlli deyil.

Davamı

XS
SM
MD
LG