Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Leyla Abdullayeva: 'Azərbaycan etirazını diplomatik kanallarla Rusiyaya çatdırıb' 


Azərbaycan Xarici İşlər Nazirliyinin binası
Azərbaycan Xarici İşlər Nazirliyinin binası

Azərbaycan Xarici İşlər Nazirliyindən Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) sülhməramlıların təminatı ilə əlaqədar tender elanı məlumatında tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın qeyd olunmasını şərh edib.

Bununla bağlı sualı şərh edin nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki,bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb:

“Bu kimi yalnış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”

Artıq bu məsələnin aradan qaldırıldığı bildirilir.

Başqa rəylər...

Amma bununla belə Azərbaycanda bəzi müşahidəçiləri belə sual düşündürür. Bunda Rusiyanın Müdafiə Nazirliyi
hansı məqsəd güdür?

Məsələyə Rusiya Müdafiə Nazirliyindən və bu ölkənin başqa rəsmi qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

Amma Azərbaycanda bəzi müxalif və müstəqil dairələrdə hesab edirlər ki, bu Rusiyanın xoş olmayan niyyətindən xəbər verir. Onların fikrincə, burada Azərbaycan hakimiyyətinin Rusiyaya qarşı həddən artıq güzəştli siyasəti də önəmli rol oynayır.

Hərçənd, belə fikirlərlə hakimiyyət təmsilçiləri razılaşmırlar.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG