Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 11:56

Torağay palçıq vulkanı yenidən püskürüb


NASA fotosu Rusiya, Kamçatkada vulkan, dekabr 2012

Bu gün, aprelin 22-də Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb. Hazırda proses davam edir.

Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsinin olmadığı bildirilir.

“Mütəxəssislər püskürmə və onun nəticələrini öyrənir, müvafiq müşahidələr həyata keçirilir”, məlumatda vurğulanır.

Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir.

İndiyə kimi bu vulkanın 11 dəfə püskürdüyü açıqlanıb. Sonuncu dəfə bu ərazidə 2018-ci ilin martın 1-də vulkan püskürməsi qeydə alınıb.

XS
SM
MD
LG