Keçid linkləri

2026, 31 İyul, cümə, Bakı vaxtı 13:00

Plyuşşenkonun oğlu Azərbaycanı təmsil edəcək

Aleksandr Plyuşşenko 2018-ci il Avropa çempionatında
Aleksandr Plyuşşenko 2018-ci il Avropa çempionatında

Rusiya Fiqurlu Konkisürmə Federasiyası 13 yaşlı Aleksandr Plyuşşenkoya beş il müddətində Azərbaycan millisində çıxış etməyə icazə verib. İndi isə Beynəlxalq Konkisürmə İttifaqı onun beynəlxalq yarışlarda yeni bayraq altında iştirakına razılıq verməlidir.

AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, Yevgeni Plyuşşenko oğlunun Azərbaycan yığmasına keçdiyini təsdiqləyib. Onun sözlərinə əsasən, yeniyetmə indiyədək beynəlxalq yarışlarda iştirak etməyib və Rusiya millisinin heyətində olmayıb.

A.Plyuşşenko sosial şəbəkələrdə "Qnom Qnomıç" ləqəbi ilə tanınır.

2022-ci ildə rusiyalı fiqurlu konkisürənlər beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bundan sonra idman vətəndaşlığının dəyişdirilməsi rusiyalı idmançılar arasında geniş yayılıb. Maraqlıdır ki, Y.Plyuşşenko əvvəllər açıq şəkildə şagirdlərini başqa millilərə keçməkdən çəkindirməyə çalışacağını bildirmişdi.

Y.Plyuşşenko həm də Rusiya prezidenti Vladimir Putinə açıq dəstəyi ilə tanınır. Belə ki, o, 2024-cü il prezident seçkilərində Putinin etibarlı şəxslərindən biri olub. İdmançı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəfələrlə dəstəkləyən bəyanatlar verib.

XS
SM
MD
LG