Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Azərbaycan tarlasında 24 pambıqçı necə zəhərlənib?


Kəmaləddin Heydərov, Vasif Talıbov və başqalarının biznes imperiyası - Yeni araşdırma
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Kəmaləddin Heydərov, Vasif Talıbov və başqalarının biznes imperiyası - Yeni araşdırma

Pambıq tarlasında çalışan 24 nəfərin zəhərlənməsi, yolda traktor qoşqusunun aşması nəticəsində 6 nəfərin ölümü kimi son zamanlar baş verən hadisələr bir sualı aktuallaşdırır. Kənd təsərrüfatı sahəsində əmək təhlükəsizliyi necə qorunur?

İyunun 10-da Saatlı rayonunun Smadakənd kəndi ərazisində pambıq tarlasında zərərçəkənlər deyirlər ki, heç onların işlədikləri sahənin dərmanlanmasından xəbərləri belə olmayıb:

"Nə sürücümüzə, nə də briqadirimizə heç bir xəbərdarlıq etməyiblər. Hadisədən sonra bildiriblər ki, 4 gün öncə sahədə kimyəvi maddələrdən istifadə olunub. Deyilənə görə bu maddədən istifadə olunan sahəyə azı 10 gün girmək olmazmış. Həmin sahədə 7 nəfər çalışıb. Biz axşam evə qayıdanda həmin 7 nəfəri görüb, köməyə getdik. Zəhər onlardan bizə keçdi".

Fəhlələrlə söhbətdən məlum olur ki, onlarla nə müqavilə imzalanıb, nə də təhlükəsizlik qaydaları izah olunub. Yalnız bildirilib ki, səhər saat 8-dən axşam 6-ya qədər işləyib, günə 10 manat alacaqlar.

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyir ki, oxşar durum tək pambıqçılıqda deyil, kənd təsərrüfatının digər sahələrdə də hökm sürür. Onun sözlərinə görə işçi ilə müqavilə imzalanmır, onun heç bir hüquqları qorunmur:

"Xüsusi, önəm verilməlidir ki, hava isti olarsa, işçinin təhlükəsizliyi necə qorunacaq. Bunların iş müddəti qəti müəyyən olunmalıdır. Biz şahidi oluruq ki, işçini 16 saat işlədirlər. Bunun müqabilində 8-10 manat pul verirlər. Bu cür hallar isə qəti yolverilməzdir".

Bəs, hökumət bu cür halların qarşını almaq üçün necə mübarizə aparır? Kənd təsərrüfatı nazirliyinin sözçüsü Anar Hüseynov deyir ki, bu sahədə təhlükəsizlik qaydalarına ciddi əməl olunur:

"Əməkdaşlarımız həm çalışanları, həm də ətraf ərazidəki sakinləri məlumatlandırırlar. Onlar xüsusi geyim və digər vasitələrlə təmin edilir. Kimyəvi mübarizə tədbirləri başlamamışdan əvvəl ərazilərə azyaşlı uşaqların, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmamış şəxslərin buraxılmasına yol verilmir”".

Anar Hüseynov əlavə edir ki, 2017-ci ildə texniki təhlükəsizlik qaydalarını pozan 3 əməkdaşa xəbərdarlıq edilib, birinə isə töhmət verilib. Onun sözlərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi monitorinqlərdə də ciddi nöqsanlar aşkar edilməyib.

Kənd təsərrüfatı üzrə elmlər doktoru, Volqoqrad Dövlət Aqrar Universtitetinin professoru Oybek Kimsanbayev deyir ki, hadisə haqda dəqiq fikir bildirmək üçün öncə məlumatlı olmalıdır. Təəssüflənir ki, Azərbaycanda ictimaiyyətə dolğun məlumatlar verilməyib. O düşünür ki, 24 nəfərin zəhərlənməsi hadisəsi təhlükəsizlik qaydası pozuntusudur.

"İlk növbədə bu elementar təhlükəsizlik qaydası pozuntusudur. Sahələrdə alaq otaqlarına, ziyanvericilərə qarşı hər hansı kimyəvi maddədən istifadə olunubsa, qaydalara əməl olunmalıdır. Əgər sahəyə 15 gün gün kimsə buraxılmamalıdır yazılıbsa, deməli buraxılmamalıdır. Bu kimyəvi maddələr alınarkən, ucuza qaçmaq yox, tanınmış brendlərə üstünlük verilərsə, daha yaxşı olar. Üstəlik bu maddələrdən taxıl zəmilərində, bostanlarda və digər bütün əkin sahələrində də istifadə olunur. Ona görə də işəgötürənlər ilk növbədə bu qaydalara əməl edildiyinə əmin olmalıdılar."

AzadlıqRadiosu bu mövzu barədə Bakı sakinlərinin də rəylərini öyrənib:

Sizcə, Azərbaycanda iş yerlərində fəhlələrinin təhlükəsizliyi necə qorunur?
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Rəsmi məlumata görə iyunun 10-da 24 nəfərin zəhərlənməsi ilə bağlı cinayət işi açılıb. Prokurorluq səhlənkarlıq, vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmə maddələri üzrə araşdırma aparır. Hələlik hüquq-mühafizə orqanlarından araşdırma barədə ətraflıməlumat verilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG