Keçid linkləri

2026, 05 Sentyabr, şənbə, Bakı vaxtı 06:16

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

Azərbaycan ordusu hərbi təlimlərə başlayıb, 2 iyul 2018
Azərbaycan ordusu hərbi təlimlərə başlayıb, 2 iyul 2018

Bu gün, iyulun 2-də Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb.

Müdafiə Nazirliyi-nin məlumatına görə, müxtəlif qoşun növlərinin, qismlərinin, birlik və birləşmələrinin iştirakı ilə düzənlənən təlimlər ölkə başçısının təsdiq etdiyi plana əsasən, keçirilir.

Nazirlik bildirir ki, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank, digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu cəlb edilib.

Müxtəlif tapşırıqların yerinə yetirildiyi təlimlərin iyulun 6-dək davam edəcəyi bildirilir.

This item is part of
XS
SM
MD
LG