Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 16:13

Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

Azərbaycan ordusu hərbi təlimdə, 2014
Azərbaycan ordusu hərbi təlimdə, 2014

İyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

Bu barədə bu gün, iyunun 28-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank,digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket, artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri,minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Nazirlik vurğulayır ki, kəskin kəsişən ərazi, mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdəqarşılıqlı fəaliyyət, qoşunların və atəş vasitələrinin idarə olunması icra ediləcək.

This item is part of
XS
SM
MD
LG