Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:13

Azərbaycan neft hasilatını sutkada 35 min barrel azaldır


Natiq Əliyev OPEC-in tədbirində 17 dekabr 2008
Natiq Əliyev OPEC-in tədbirində 17 dekabr 2008

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin görüşünün yekunları ilə bağlı açıqlama verib.

Natiq Əliyev deyib ki, görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 milyon barrel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyib, bu həcmdən çox neft istehsal etməyəcəklərini bildiriblər. (AzerTAC)

“Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barrel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barrel azaltmağa razılaşıb", - deyə N.Əliyev bildirib.

Qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib. OPEC və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG