Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:16

Azərbaycanda avtokratiyaya müqavimət artırmı?


Avropa Parlamentində İlham Əliyevə sanksiya tələbləri
Gözlə

No media source currently available

0:00 0:14:33 0:00

Avropa Parlamentində İlham Əliyevə sanksiya tələbləri

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı da öz illik hesabatında bildirib ki, keçən il Azərbaycanda insan haqlarının durumu pis olaraq qalıb.

Sənəddə deyilir ki, Azərbaycanda sistematik işgəncələr, vəkillərin fəaliyyətinə qanunsuz müdaxilə və media azadlığının məhdudlaşdırılması davam edir.

Hesabata görə, keçən il ərzində Azərbaycanda azı 43 insan haqları fəalı, jurnalist, siyasi və dini fəal qanunsuz həbsdə qalıb, kriminal ittihamlarla saxlanıb, səfər qadağanları ilə üzləşib.

Hesabatda keçənilki prezident seçkisinə də toxunulur:

“Ötən ilin aprelində İlham Əliyev dördüncü dəfə prezident seçilib. Bu seçkini beynəlxalq müşahidəçilər rəqabətsiz hesab edib, “siyasi mühitin məhdudlaşdırılması və təməl haqq və azadlıqların sıxışdırılması” mühitində keçirildiyini bildirib”.

Hesabatda həmçinin qeyd olunur ki, Müsəlman Birliyi təşkilatının 17 üzvü də hazırda müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası çəkir.

Avtokratların vəziyyəti yavaş-yavaş pisləşir

Müxalifətdə olan Müsavat Partiyasının divan üzvü Elman Fəttah hesab edir ki, ümumilikdə hesabat ədalətlidir və təkcə Azərbaycandakı deyil, dünyadakı durumu da doğru əks etdirir:

“Giriş hissədə qeyd olunur ki, demokratik proseslərə qarşı bir avtoritar axın müşahidə olunur və insan haqları fəalları çox ciddi duruş sərgiləyə bilirlər və yavaş-yavaş avtokratların vəziyyəti çətinləşməyə başlayır. Bu çox pozitiv, həm də həqiqəti əks etdirən qənaətdir”.

İctimai fəal Həbib Müntəzir deyir ki, son bir ayda, bloqqer Mehman Hüseynovun həbsdə aclığa başlamasından sonra, Azərbaycanda da ictimai aktivliyin nisbətən artdığını müşahidə edir.

Onun sözlərinə görə, indiyə qədər siyasi proseslər barədə fikir bildirməyən sosial şəbəkə istifadəçiləri də indi bloqqerə azadlıq tələb edən şüarlar yazmağa başlayıblar:

“Sənət adamları da bu aksiyaya qoşuldular, xaricdəki fəallar da aksiyalar keçirdilər. Bu çox yaxşı haldır”.

Bu etirazlar başqa ölkədə olsaydı...

Hüquq müdafiəçisi Leyla Yunus isə deyir ki, bu ilin əvvəlindən nisbi canlanma hiss olunsa da, buna beynəlxalq diqqət yetərincə deyil. Onun sözlərinə görə, əgər Azərbaycandakı son aclıq aksiyaları İran və ya Rusiyada keçirilsəydi, indi bu ölkələrə qarşı sanksiyalar gündəmə gələrdi.

AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu keçirib: Bloqqer Mehman Hüseynovun həbsxanadakı aclıq aksiyası haqda nə eşitmisiz?

Mehman Hüseynovun həbsxanadakı aclıq aksiyası haqda nə eşitmisiz?
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Hesabatın Azərbaycanla bağlı hissəsində qeyd olunur ki, ölkədə məhbuslara işgəncələr verilir, amma işgəncə verənlər barədə şikayətlər araşdırılmır. Sənədə görə, ölkədə, hökumət tənqidçilərinin oğurlanması, onlara günlərlə vəkillə görüşmək imkanı verilməməsi halları geniş yayılıb.

Yeni Azərbaycan Partiyasından deputat Elman Məmmədov isə deyir ki, Human Rights Watch Azərbaycan hökumətinə qara yaxır:

“Həmin təşkilat uzun illərdir ki, Azərbaycana qarşı şər-qarayaxma kampaniyası aparır. Ermənistanda baş verən seçkiləri orda baş verən hadisələri niyə bir dəfə işıqlandırmayıb?! Azərbaycanda saysız-hesabsız QHT var və onların heç bir problemi yoxdur”.

Human Rights Watch ümumilikdə Azərbaycanı qeyri-azad ölkə sayır, quruma görə, Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan qismən azad ölkələrdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG