Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:34

'Azərbaycanın yeraltı sığınacaqları anbar və mağazalara çevrilib'


SSRİ-də ilk atom bombasının sınağı. 1949.
SSRİ-də ilk atom bombasının sınağı. 1949.

ABŞ-Şimali Koreya böhranı fonunda «atom dəyənəkləri» ilə təhdid mövzusu indi aktual sayılır. Bu günlər Şimali Koreyada ABŞ-a raket zərbələrini imitasiya edən videoçarx nümayiş olunub.

Şimali Koreya lideri Kim Il Sung-in 105-ci ildönümünə həsr olunmuş tədbirdə nümayiş olunan görüntülərdə yeni ballistik raketlərin ABŞ ərazisini vurması təsvir olunub.

Ekspertlərin fikrincə, Şimali Koreya aprelin 25-nə qədər yeni nüvə sınaqları keçirməyi planlaşdırır.

Belə bir vəziyyət heç şübhəsiz ki, mülkü müdafiə sahəsində təhlükəsizlik mövzusunu gündəliyə gətirir.

Bu halda mülki əhali nə etməlidir?

Yerli ekspertlərə görə, bu sual azərbaycanlılara da ritorik görünməməlidir. Azərbaycan müharibə şəraitindədir. Üstəlik, Azərbaycanla müharibə şəraitində olan Ermənistanda Metsamor AES fəaliyyət göstərir.

«Şimali Koreya diktatorunun nüvə zərbəsi üçün daha inandırıcı hədəfi Cənubi Koreyadakı qardaşlarıdır. Cənubi Koreyada isə əhali arasında təlaş yoxdur. Mülki əhalinin müdafiəsi ilə bağlı hazırlıq aparılmır». Bunu iki il Seulda yaşayan Rövşən İbrahimov deyib.

Ermənistana gəlincə, R.İbrahimov hesab edir ki, radiasiya sərhəd tanımır. Ancaq başqa hər hansı real təhlükə mövcud deyil.

AZƏRBAYCANDA MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ HANSI İŞLƏR GÖRÜLÜR?

Azərbaycanın Mülki Müdafiə Qoşunları Fövqəladə Hallar Nazirliyinin (FHN) tərkibindədir.

2013-cü ildə Qəbələdə «Mülki müdafiə və əhalinin fəlakətin risklərini aradan qaldırmağa hazırlanması» mövzusunda konfrans keçirilib.

Bu tədbirdə FHN rəhbəri Kəmaləddin Heydərov onların beynəlxalq mülki müdafiə təşkilatları ilə əməkdaşlıq etdiklərini bəyan edib.

Qonaqlara fövqəladə hallarda istifadə edilməsi nəzərdə tutulan müxtəlif avadanlıqlar, çadırlar, zirehli transportyorlar, motosikletlər, nəqliyyat və xüsusi geyim vasitələri nümayiş etdirilib.

Verilən xəbərlərə görə, FHN bu təlimləri ayrı-ayrı müəssisələrdə də keçirib. 2010-cu ildə belə bir məşq Sumqayıtın etilen-polietilen zavodunda, 2011-ci ildə isə Balaxanıda keçirilib.

2013-cü ildən bu yana FHN-in Mülki Müdafiə Qoşunlarının təlimləri barədə internetdə heç bir informasiya yoxdur. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən isə əlavə məlumatlar almaq mümkün olmayıb.

Yazıçı Aleksandr Xakimov deyir ki, sovetlər vaxtı mülki müdafiə ilə bağlı vəziyyət bundan bir qədər yaxşı olub. Onun deməsinə görə, sovet zamanı Azərbaycanda yeraltı sığınacaqlar olan bütün zirzəmilər ya anbara, ya da mağazaya çevrilib. Burada istisna ancaq Bakı metrosu, yeraltı avtomobil dayanacaqlarıdır. O hesab edir ki, hazırda azərbaycanlıların başqa qorunacaq yerləri yoxdur: «Hər halda insanların daha çox toplaşdıqları məkanda əhalinin müdafiəsi üçün sığınacaqlar yoxdur»,- deyə o vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG