Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:38

Müdafiə Nazirliyi: ‘Ermənistana məxsus PUA vurulub’


PUA , 19 iyun 2018
PUA , 19 iyun 2018

Bu gün, iyunun 19-u səhər saatlarında cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatının (PUA) vurulduğu açıqlanıb.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində Azərbaycanın mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatını (PUA) vurublar.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

XS
SM
MD
LG