Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:32

Budapeştdə Azərbaycan milli uşaq geyimləri...


«Azərbaycan milli uşaq geyimləri» adlı kolleksiya
«Azərbaycan milli uşaq geyimləri» adlı kolleksiya

Macarıstanın paytaxtı Budapeştdə hər il keçirilən ənənəvi «Uşaq moda günləri» adlı tədbirdə bu ölkədə yaşayan modelyer-dizayner Leyla Cəbrayılqızının «Azərbaycan milli uşaq geyimləri» adlı kolleksiyasının növbəti təqdimatı keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, kolleksiya Münsiflər heyəti tərəfindən fərqlənmə diplomuna layiq görülüb.

Kolleksiyaya daxil olan milli geyimlər beynəlxalq uşaq bağçasında təhsil alan 10 müxtəlif millətin kiçik nümayəndələri tərəfindən podiumda sərgilənib.

Xəbərdə vurğulanır ki, bundan öncə Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu «Diplomat Xanımları Budapeşt» təşkilatının təşəbbüsü ilə keçirilən xeyriyyə yarmarkasında nümayiş etdirilmiş milli geyimlər həmin tədbirdə də auditoriya tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Nümayişi izləyən Macarıstan Prezidentinin xanımı geyimlərlə bağlı xoş təəssüratlarını dilə gətirmişdi.

Gənc modelyer Leyla Cəbrayılqızı növbəti milli geyimlər sərgisini Vyanada təşkil etməyi planlaşdırır.

XS
SM
MD
LG