Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:56

143 yaşlı milli mətbuat


Azərbaycan mətbuatı, 20 aprel 2012
Azərbaycan mətbuatı, 20 aprel 2012

Bugün, iyulun 22-də Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur.

1875-ci ilin bugünü maarifçi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub.

1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

SonrakI illərdə Azərbaycanda “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi” ənənələrini davam etdirib.

1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat orqanları Kommunist Partiyasının nəzarəti altında olub.

Buna da bax: Əflatun Amaşov: 'Azərbaycan mətbuatı əvvəlki mətbuat deyil'

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çoxlu sayda qəzetlər dərc edilib.

1998-ci il avqustun 6-da Azərbaycanda senzura ləğv olunub.

Hazırda ölkədə 5 mindən çox nəşr var.

Amma onların çoxu müntəzəm çap oluna bilmir və ya çapını dayandırmalı olub.

Mətbuat Azadlığı indeksinə görə, Azədrbaycan 180 ölkə sırasında 163-cü yerdədir.

Bugün AzadliqRadiosuna, Meydan TV-yə, “Azadlıq” qəzetinə, “bastainfo.az”a və digər saytlara blok qoyulub, bu orqanlarla əməkdaşlıq edən bır çox jurnalstin ölkədən çıxışı qadağan edilib.

Buna da abx: Azərbaycan telekanalları: Düşündürmək əvəzinə əyləndirmək?

Hazırda ən azından 11 jurnalist və iki blogerin həbsdə olduğu deyilir. Onların arasında jurnaslitlər Seymur Həzi, Əfqan Muxtarlı, blogerlər Mehman Hüseynov, Rəşad Ramazanov da var.

Sərhədsiz Reportyorlar Təşkilatı son bəyanatında Azərbaycan hakimiyyətinin İlham Əliyevin “fikir müxtəlifliyini aradan qaldırdığını”, həbsdən, izlənmələrdən qurtulmaq üçün xaricə qaçan media tənqidçilərinin orada da təqib etdirdiyini bildirib.

Azərbaycan hakimiyyəti bu deyilənləri qəbil etmir, heç kimi peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs etmədiyini, mediaya dəstək verdiyini, jurnalitlərə “dövlət qayğısı” göstərərək evlə təmin etdiyini, hər il qəzetlərə böyük məbləğdə maddi yardım göstərdiyini bildirir.

XS
SM
MD
LG