Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 20:17

'Ağır cəza bizi mübarizəmizdən döndərməyəcək'


Taleh Bağırzadə

“Azərbaycan hakimiyyəti bilməlidir ki, verəcəyi cəza bizi mübarizəmizdən döndərməyəcək''

Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Nardaran işi” ilə bağlı ittiham edilənlərdən biri Taleh Bağırzadə Meydan TV-yə bildirib.

Taleh Bağırzadə media orqanın yazılı suallarını cavablandırarkən deyib ki, prokurorun ömürlük həbs cəzası istəyəcəyi onun üçün gözlənilməz olmayıb və hesab edir ki, ona verilən istənilən cəza onları azadlıq və demokratiya uğrunda mübarizədən döndərməyəcək:

“Bizim yaşam fəlsəfəmizdə zülmlə idarə olunan cəmiyyət böyük zindan, həbsxana isə kiçik zindandır. Nə qədər ki, Azərbaycan böyük zindana çevrilib, mübariz insanlar üçün kiçik zindanda hansı cəza ilə cəzalandırılmanın heç bir fərqi yoxdur. Bizim üçün önəmli olan kiçik zindanda hansı cəza almağımız önəmli deyil, əsas xalqımızın böyük zindandan azadlığı üçün çalışmaqdır. Bu yolda bizə ömürlük cəza ən böyük hədiyyə hesab olunur. Həm də ömürlük həbsdə qalacağımı düşünmürəm, mənim həbsimin müddəti bu hakimiyyətin ömrü qədərdir. Çünki hüquqi olaraq heç bir cinayət törətmədiyimiz hər kəsə bəllidir”, Tale Bağırzadə deyib.

Murtaza Muradpur
Murtaza Muradpur

“Murtaza Muradpur Azərbaycan gəncliyinin dirəniş simvoluna çevrilib”

ABŞ-da yaşayan milli fəal Babək Çələbiyanlı AmerikanınSəsi-nə müsahibəsində İran azərbaycanlısı, məhbəsdə 65 gün aclıq aksiyası keçirən, bu yaxınlarda azadlığa buraxılan Murtaza Muradpur barədə danışaraq onun Azərbaycan gəncliyinin dirəniş simvoluna çevrildiyini deyir. Babək Çələbiyanlı bildirib ki, Murtaza Muradpur aclıq aksiyası ilə azərbaycanlı milli fəalların mübarizəsinə beynəlxalq miqyasda diqqətin yönəltməsinə nail olub:

Buna da bax: Murtaza Muradpur azadlığa buraxıldı​

"Keçən 2016-cı ildə baxsaq, gündə olmasa da, həftədə bir fəal İran rejimi tərəfindən haqsız olaraq tutulub... Orada bütün həbslər haqsızdır. Orada bizim insanlarımız sadəcə öz hüquqlarını istəyir və əksəriyyəti də İranın öz ana yasasına dayanaraq, öz hüquqlarını tələb edir, ana dilində təhsil hüququnu tələb edirlər. Məsələn, Urmu gölünü qurtarmaqüçün insanlar çıxırlar aksiya edirlər dincşəkildə "bizim gölümüzü qurutmayın" deyə. Onları tuturlar, onlar məhkəmələrdə cəzaçəkirlər. İndi İranın həbsxanasında bir çox sayda milli fəal var. İnsan haqlarıqanunlarına baxsaq. İranın öz qanunlarına daəməl etsələr belə onlar indi zindanda olmamalıdır."

ABŞ-da yaşayan azərbaycanlı fəal Babək Çələbiyanlı
ABŞ-da yaşayan azərbaycanlı fəal Babək Çələbiyanlı

Babək Çələbiyanlı İran rejiminin azərbaycanlıların ana dili və Urmiyə gölünün quruması kimi tələblərinə həbslərlə cavab verdiyini deyib və bu həbslərlə milli fəallarının susdurlmayacığını əlavə edib.

“Azərbaycanda "mobil hökumət" konsepsiyası hazırlanacaq”

Trend-in yazır ki, ölkədə mobil hökumət qurmaq üçün 2020-ci ilədək 95 milyon manat investisiya xərclənməsi, əvəzində 120 milyon manat qazanılması gözlənir.

"Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" ndə qeyd olunur ki, 2017-2018-ci illərdə dövlət sektoru daxilində, eləcə də dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması nəzərdə tutulur. Kağız daşıyıcılarda sənədləşmə tələbinin tədricən ləğv edilməsi ilə bağlı atıla biləcək addımlar təhlil ediləcək. Eyni zamanda, bu dövrdə dövlət və özəl sektor arasında əlaqələrdə internet üzərindən elektron alətlər vasitəsilə göndərilə və ya onlayn doldurula bilən ərizələr, formalar, blanklar, e-qaimələr və hesabatların istifadəsi təşviq ediləcək, - agentlik yazır.

Mobil telefonda Linkedin loqosu, 26 oktyabr 2016
Mobil telefonda Linkedin loqosu, 26 oktyabr 2016

“Yol xəritəsində bildirilir ki, "Elektron hökumət" portalındakı xidmətlərə "ASAN xidmət" standartlarının tətbiqi nəzərdən keçiriləcək. Dövlət xidmətlərinin göstərilməsinin təsirləri və rentabelliliyin artırılması istiqamətində addımlar təhlil ediləcək, onların inkişaf etdirilməsi zamanı səmərəlilik məsələsinə xüsusi diqqət ayrılması təmin olunacaq. Dövlət xidmətlərinin göstərilməsinin qiymətləndirilməsi üçün metodologiyanın hazırlanması nəzərdən keçiriləcək və hazırlanacağı təqdirdə, bu metodologiyada xidmətlərin həm müştərilərin, həm də dövlət qurumlarının iş prosesi üçün yaratdığı inzibati yük nəzərə alınacaq”.

“Bu gün dəbdə qadağalar yoxdur”

“Report” modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadan bu ilindəbi ilə bağlı müsahibə edib.

O, müsahibəsində deyir ki, bu payız-qış mövsümündə bozun açıq çalarından tündünə qədər olan hər bir rəng rahatlıqla istifadə olunur:

“Əsasən, bütün rənglərin bir qədər solğun, ilk baxışda sanki tozlanmış kimi görünən çalarları dəbdədir. Açıq süd və açıq qəhvə, həmçinin bişmiş kərpic rənginin çalarları da hazırda gündəmdədir. Bunlarla yanaşı yaşıl, xardal, hərbi geyimlərin rəngləri, mavi, çəhrayı rəngin şux tonları gündəmdə olacaq. Qırmızı, qara, ağ isə hər zaman, bütün fəsillərdə istifadə oluna bilən klassik rənglərdir”.

Gülnarə Xəlilova müsahibəsində deyir ki, davamlı olaraq müxtəlif dövrlərin geyim formaları dəbə düşür və aktual olur, ancaq əvvəlki illərin dəbi olduğu kimi təkrarlanmır:

Toy mərasimi
Toy mərasimi

“Keçmiş illərin dəbinə müasir kəsim formaları, ornamentlər, elementlər əlavə edilir. İllər öncə istifadə olunan modellər olduğu kimi, günümüzün dəbinə qayıtsa, bu dizaynerlərin sözünün qurtarması demək olar. Təbii, bəzi geyimlər var ki, illər sonra həmin geyimi geyinirsən və görürsən ki, öz aktuallığını qoruyub saxlayır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG