Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:40

Masallıda bir gün ‘qul bazarı’ deyilən məkanda...


Masallı rayonu, işsizlər əraziyə gələn avtomobilin ətrafına toplaşır, 9 iyun 2018
Masallı rayonu, işsizlər əraziyə gələn avtomobilin ətrafına toplaşır, 9 iyun 2018

Masallı şəhərinin Qarabağ küçəsi... Bu küçəni rayonda tanımayan yoxdur. Küçənin sonunda İcra Hakimiyyətinin inzibati binası yerləşir. Başlanğıcında isə iş axtaran fəhlələr toplaşır. Buranı “qul bazarı” adlandıranlar da var...

Səhərdən gün batana kimi burada iş gözləyən insanları görmək mümkündür. Bura toplaşlanlar yorğun görünürlər, solğun bənzləri də gözdən yayınmır. Onların köhnə, yamağlı paltarları var. Hərə dəfə onlara yan alan maşını əhatəyə alırlar. Razılaşdıqdan sonara 2-3 nəfər maşına minir. Qalanları növbəti müştərini gözləyirlər. Saatlar keçir...

Masallı rayonun Şərəfə kənd sakini Əhməd Rəhmanov deyir ki, həyat üzücüdür. Onun sözlərinə görə, burda toplaşanların hamsı kənd adamlarıdır.Torpaqları var:

“Torpağı əkmək üçün gərək əlində pulun ola”

“Torpağı əkmək üçün gərək əlində pulun ola. O yoxdur.Bizə verilən payıbəlli torpaqlar şoran torpaqlardır. O torpağı əkinə hazırlmaq böyük xərc istəyir. Traktor xırda bir işi görmək üçün 30-40 manat alır.Həyətyanı sahələr boşuna qalıb.Əkənlər var.Onların imkanı var əkirlər. Bizdə o imkan yoxdur...”

“Məmura yalvarmaqdansa burda can vermək yaxşıdır.”

Dərindən nəfəs alır. Sonra sözünə davam edir:


“Üç uşağım var.Sosial almaq üçün müraciət etmişdim.Nəticə vermədi. Özüm də xəstəyəm. Bəs nə edim? Məmura yalvarmaqdansa burda can vermək yaxşıdır.”

İşsizlər iş tapmaq ümidi ilə, Masallı rayonu, 9 iyun 2018
İşsizlər iş tapmaq ümidi ilə, Masallı rayonu, 9 iyun 2018

​Köçəkli kəndindən olduğunu deyən və özünü Elman Hüseynov kimi təqdim edən şəxs də söhbətə qoşulur:

“Mənim 4 uşağım var.Məşğulluq idarəsinə müraciət etmişdim.Seçki ərəfəsi söz verdilər.Seçki bitəndən sonra yaddan çıxartdılar.”

“Vəzifəli şəxslər hər gün burdan keçirlər”

Adının çəkilməsini istəməyən başqa bir şəxs də məmurların biganəliyindən gileylənir:

“Sizə sual verirəm. Durduğumuz bu yol hara gedir? Rayon icra hakimiyyəti aparatının qarşısından keçir.Vəzifəli şəxslər hər gün burdan keçirlər.Bizi görürülər.Elə gün olur ki, burda 100-150 adam toplaşır. Bizim şikayətimizi qəbul etmirlər. Bizi adam yerinə qoymurlar. Biz yetimik. Heç kim bizimlə maraqlanmır. Sovet dövründə işləməyən yox idi. O dövür olsaydı bizi işlə təmin edərdilər. Mənim 61 yaşım var, lakin 80 yaşlı adama oxşayıram. Nəvə oynadan vaxtımdır. Mən isə saatlarla burda durub iş gözləyirəm. Kimsə məni işlədəck, 5-6 manat pul verəcək. İş olmasa, nahar da yoxdur.Burda dayananların 70 faizinin mədəsi xəstədir...”

Növbəti maşın yaxınlaşır.Hamı ona doğru hərəkət edir. Hərə öz xidmətini təklif edir. Gələn adam tikintiyə fəhlə lazım olduğunu deyir. İki nəfərlə razılaşırlar.Biri bildirir ki, günə 15 manat vercəklər:

”15 manat bir kiloqram yağ etmir.Vallah bir kiloqram yağa işləyirik...”

“Əsgər atası”

Yenidən söhbət qızışır. Masallı rayonunun Çaxırlı kəndindən olan Ağa Rəhmanov deyir ki, oğlu əsgərlikdədir. Burda hamı onu “Əsgər atası” çağırır:

Ağa Rəhimov, Masallı, Azərbaycan, 9 iyun 2018
Ağa Rəhimov, Masallı, Azərbaycan, 9 iyun 2018

“Mənim oğlum əsgərlikdədir, bir ay qalır gəlməyə. Onun yanına bir dəfə də olsun gedə bilmədim. O gələndən sonra işsizlərin sayı bir nəfər də artacaq.İki uşağım xəstə yatır evdə. Pulum yoxdur ki, müalicə etdirim. Özüm də Qarabağda döyüşmüşəm. Veteran adını ala bilmədim, əlimdə sənədlər ola-ola. Başımdan yaralanmışdım. Lənkəranda xəstəxanada yatmışam. İndi bu gündəyəm.”

Masallınn Köçəkli kəndindən olan Bəhruz Məmmədov isə deyir ki, özünə paltar ala bilmir:

“ Mənim 23 yaşım var.Baxın nə gündəyəm.Yay-qış ayağıma bu rezinləri geyirəm.Hamımız bu gündəyik. Bezmişəm. Gecə-gündüz çörək dərdi çəkirik. Ayaq üstə çürüyürük. Getmişəm məşqulluğa. Mənə 130-140 manatlıq iş təklif edir. O pulla yaşamaq olarmı?”

Saatlar keçir... Söhbət bitmir...

Masallı "işsizlər bazarı" 9 iyun 2018
Masallı "işsizlər bazarı" 9 iyun 2018

Rəsmilər nə deyir?

Masallı rayonun rəsimiləri isə kifayyət qədər iş yerlərin olduğunu deyirlər. Masallı rayon İcra Hakimiyyəti aparatının saytında işlə təmin olunanların adları və ünvanları da əksini tapıb. Ötən il 720 nəfərin müxtəlif işlərə düzəldiyi bildirilir.
Ümumilikdə isə ölkədə son 15 ildə 1 milyon 900 min iş yerinin açıldığı deyilir. Rəsmilərin iddiasına görə, ölkədə işsizlik cəmi 5 faiz civarındadır. Hərçənd müstəqil ekspertlər bu rəqəmə ciddi şübhə bəsləyirlər. Onlar üstəlik, deyirlər ki, bağlanan iş yerlərinin statistikasi aparılmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG