Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 04:44

Paşinyan: Azərbaycan konstitusiyasında da Ermənistana ərazi iddiaları var, amma...


Ermənistanın baş naziri Nikol Paşinyan Nyu Yorkda Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu Yorkda Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu Yorkda Avropa Şurasının baş katibi Alen Berse ilə görüşündə Yerevan və Bakı arasında sülh danıqşılarının vəziyyətindən söz açıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Yerevanın sülh gündəliyinə sadiqliyini vurğulayan baş nazir deyib ki, Ermənsitan sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri əsasında müqavilə imzalamağa və müzakirələri davam etdirməyə hazırdır.

Paşinyan Ermənsitan konstitusiyasında Azərbaycana ərazi iddiaları olduğuna dair Bakının iradları məsələsinə toxunaraq deyib ki, Ermənistan konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndi bu mübahisəni aradan qaldıra bilər.

Onun sözlərinə görə həmin maddədə deyilir ki, Ermənsitan Respublikasının imzaladığı beynəlxalq müqavilələr onun daxili qanunvericiliyi üzərində üstünlüyə malikdir.

Başqa sözlərlə Azərbaycanla imzalanacaq sülh müqaviləsi Ermənistan Respublikasının qanunundan yüksək sayılacaq.

Ermənistan bunu mübahisə mövzusuna çevirmir

Paşinyan eyni zamanda iddia edib ki, Azərbaycan konstitusiyasında da Ermənistana ərazi iddiaları var, amma Yerevan bunu mübahisə mövzusuna çevirmir. Çünki sülh müqaviləsinin artıq razılaşdırılmış mətnində deyilir ki, Ermənistan beynəlxalq razılaşmalar barəsində götürdüyü öhdəliklərdən daxili qanunvericiliyə əsaslanmaqla geri çəkilə bilməz.

Paşinyan xatırladıb ki, sülh müqaviləsinin razılaşdırılmış mətninə görə tərəflərdən heç biri müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə ölkədaxili qanunvericiliklə haqq qazandıra bilməz.

Azərbaycan prezidenti və başqa rəsmilər israr edirlər ki, Ermənistan öz konstitusiyasını dəyişməsə sülh müqaviləsi imzalanmayacaq.

Paşinyanın sözlərinə görə, Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb etməklə onun ölkəsinin daxili işlərinə müdaxilə edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG