Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:21

Azərbaycandan kapital axını ilbəil artır. Səbəblər…


Hər il Azərbaycandan xaricə milyardlarla dollar necə çıxarılır?
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Hər il Azərbaycandan xaricə milyardlarla dollar necə çıxarılır?

Bu ilin birinci yarısında Azərbaycandan kapital axını ötən ilin eyni dövrü ilə müqayisədə 100 faizdən çox artıb. Mərkəzi Bankın məlumatına görə, bu rəqəm 5 milyard 298.1 milyon ABŞ dolları təşkil edib. Ölkədən kapital axını tendensiyası son illər hər il artmaqdadır.

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 2 milyard 549 milyon 600 min dollar həcmində kapital çıxarılıb. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 38.3 faiz çoxdur. 2020-ci ilin 6 ayında isə Azərbaycandan kapital axınının həcmi 1.8 milyard dollara bərabər olub. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32.1 faiz çox idi.

V.Əhmədov
V.Əhmədov

"Artım kifayət qədər böyükdür"

Mövzu ilə bağlı, hələlik, hökumət qurumlarının münasibətini öyrənmək mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, ölkədən çıxarılan kapitalın strukturuna baxmaq lazımdır: "Artım kifayət qədər böyükdür. Ola bilsin ki, müəyyən ticarət əlaqələri səbəbindən artım var. Ticarət əlaqələri genişləndikcə, idxal artdıqca pul köçürmələri kifayət qədər böyük olur".

Onun sözlərinə görə, müəyyən adamlar var ki, kifayət qədər vəsaitini xaricdə saxlamağa çalışır: "Amma mən hesab edirəm ki, bu idxalın artması ilə əlaqəlidir".

Deputat qeyd edib ki, kapital axının artmasının səbəbi xaricdən alınan malların bahalaşması da ola bilər: "Dünən bir növ məhsulun qiyməti 1 manat idisə, bu gün 2 manatdır. Azərbaycanın xaricdən idxal etdiyi Aİ-95 markalı benzinin da qiyməti qalxıb. Azərbaycan məhsulu artıq daha baha alır və ona görə də ölkədən çıxan kapitalın məbləği da artır".

N.Bəydəmirli
N.Bəydəmirli

"Normal rəqabət mühitinin olmamasından…"

İşadamı, iqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, kapital axını müxtəlif səbəblərdən baş verir: "Ən vacib səbəb biznesdir. Əgər biznesdən kapital axını gedirsə, bu, normal rəqabət mühitinin olmamasından və inzibati idarəçiliyin möhkəmlənməsindən qaynaqlanır".

O, keçən il pandemiya səbəbindən iqtisadi aktivliyin aşağı olmasına diqqət çəkir: "Bu il aktivlik artıb və, ola bilsin ki, kapital axınının artmasının səbəbi bu olsun. Bölgədə siyasi konyunkturanın pisləşməsi, müharibə ehtimalı səbəbindən də kapital xaricə çıxarıla bilər".

İqtisadçının sözlərinə görə, Azərbaycanda ən böyük kapital axını 2012-ci ildən birinci devalvasiyaya (21 fevral 2015-ci il) qədər baş verib: "Kiçik, orta və böyük biznesin zor gücünə sıxışdırılması, iqtisadi dözümsüzlük da kapital axınına ciddi təsir göstərib. Həmin illərdə Gürcüstana, Ukraynaya, Türkiyəyə və Qazaxıstana bir neçə dəfə artmışdı. O ərəfələrdə bəzi vəzifəli şəxslərin tutulması da buna təsir göstərmişdi. Nəticədə ölkə ciddi devalvasiya yaşamışdı. İndi də onun təsirindən çıxa bilmirik".

Məmurların pullarını xaricdən Azərbaycana necə qaytarmaq olar?
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

"Məmur sahibkarların bir-birini sıxışdırması…"

N.Bəydəmirlinin fikrincə, hazırda da məmur sahibkarların bir-birini sıxışdırması, onların bəzilərinin həbsləri ölkədən kapital axınına təsir göstərir: "Çünki Azərbaycanda "biznes" dedikdə daha çox məmur sahibkarlığı başa düşülür. Bir məmurun problemindən xəbər tutan digər məmurlar, onların qohumları kapitallarını daha təhlükəsiz yerlərə daşımağa üstünlük verirlər".

İqtisadçı qeyd edib ki, kapitalın dayanaqlığı və inkişafı üçün vacib olan faktorlardan biri gömrük, vergi tariflərinin sabit qalmasıdır: "Qonşu ölkələrə nisbətən vergi yükü daha aşağı olmalıdır və ya onlardan fərqlənməməlidir. Azərbaycanda isə belə deyil. Kapital axını həm də buna görə baş verir. Azərbaycanı bir çox şirkətlər tərk edib və öz kapitalını ölkədən çıxarıblar".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG