Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:27

Jurnalistlər Şuşada olublar...


Şuşa , 25 mart 2014

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu il noyabrın 17-21-də iki ölkənin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin səfər mübadiləsi təşkil edilib

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“ Səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Erməni jurnalistləri azərbaycanlı həmkarları, qeyri hökumət təşkilatları (QHT) nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər”

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var. Bu, münaqişə müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in ( ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG