Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Azərbaycan İsraildən "Dəmir günbəz" alır


Arxiv fotosu: İsrailin Netivot şəhəri ətrafında quraşdırılmış "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sistemi. 20 iyun 2012

Azərbaycan Müdafuə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub.

Bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

APA xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi həmin sistemin alınmasına müsbət rəy verib.

"Dəmir günbəz" Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur.

Buna da bax: İsrail Bakıya “daha çox dron” göndərəcək?

Sistem İsrailin "Rafael" şirkəti tərəfindən yaradılıb.

Bir müddət öncə Rusiyanın Ermənistana “İsgəndər-M” operativ-taktiki raket kompleksinin göndərməsi Azərbaycanı ciddi narahat etmiş, İsraildən hərbi texnika alacaqları barədə bəyanatlar vermişdi.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG