Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:05

İşğal ərazilərindəki yanğınlar peykdən çəkilib


Yanğınların olduğu işğaldakı Ağdam rayonu ərəzisi, 30 iyun 2018
Yanğınların olduğu işğaldakı Ağdam rayonu ərəzisi, 30 iyun 2018

“Azərkosmos” Açıq Səhimdar Cəmiyyəti (ASC), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azersky peyki vasitəsilə Azərbaycanın işğal edilmiş ərazisində baş verən yanğınlarla bağlı monitorinq aparıb.


Bu barədə “Azərkosmos” ASC-nin bu gün, iyunun 30-da yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib.

“ İyunun 29-da Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir”, məlumatda bildirilir.

Azersky Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb. 2014-cu ilin dekabr ayında, Azərbaycanın milli peyk operatoru “Azərikosmos”ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən birinciyə təhvil verilib.

Xatırlatma

1988-ci ildə baş verən Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında silahlı döyüşlər baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG