Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:58

İranla sərhəddə insident - əsgər yaralanıb


Cəlilabad rayonunda dövlət sərhəddini pozmaga cəhd edildiyi, bunun qarşısının alındığı bildirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, hadisə bu gün, iyunun 21-də saat 02:45 radələrində Cəlilabaddakı Bayxanlı kəndinin yaxınlığındakı sərhəd zastavasının ərazisində baş verib.

“İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub, qarşısı alınıb. Dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları silah tətbiq ediblər. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Ramazan Kurupov döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıb”, xidmətin məlumatında bildirilir.

Yaralanmış əsgərin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edildiyi, təcili əməliyyat olunduğu bildirilir.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər də bu gün, iyunun 21-də hadisə baş verən əraziyə gəlib. Xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə əsgərin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunduğu bildirilir.

XS
SM
MD
LG