Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:00

Azərbaycan, İran, Rusiya elektroenergetika sistemlərini birləşdirə bilər


Bu gün, aprelin 26-da Bakıda Azərbaycan, İran və Rusiya energetika nazirləri müavinlərinin görüşü keçirilib.

Görüş 3 ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsi məsələsinin müzakirəsi məqsədi daşıyıb.

Bu haqda Energetika Nazirliyinin məlumatında bildirilir.

Yayılan məlumata görə, Azərbaycan energetika nazirinin müavini Natiq Abbasov görüşdə qarşılıqlı əməkdaşlıqdan danışıb.

İranın energetika nazirinin müavini Humayun Hayeri Azərbaycan və Rusiya ilə elektroenergetika sistemlərinin birləşdirilməsi prosesində maraqlı olduqlarını vurğulayıb. O, deyib ki, hər üç ölkə elektrik enerjisinin mübadiləsindən ötrü əlverişli imkanlara malikdir.

Rusiyalı nazir müavini Anatoli Yanovskinin də elektroenergetika sahəsində mövcud əməkdaşlığı yüksək dəyərləndirdiyi bildirilir.

Görüşdə 3 ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupunun yaradılmasına dair müzakirələr aparılıb. Hər tərəfdən 6 nəfərdən ibarət işçi qrupunun yaradılması razılaşdırılıb.

Müzakirələrin iyunda Moskvada davam etdiriləcəyi bildirilir.

XS
SM
MD
LG