Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:45

Azərbaycan, İran və Rusiya yükdaşıma qiymətlərini yarıbayarı azaldıb


Foto: arxiv
Foto: arxiv

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaqla bağlı razılığa gəliblər.

Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

AzərTAC agentliyə istinadla xəbər verir ki, məqsəd “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşdırılmasıdır.

“İran Dəmir Yolları” şirkətinin sədr müavini Hüseyin Aşuri bildirib ki, qərar Moskvada 3 ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib.

Görüşdə, həmçinin, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən yüklərin daşınması prosesinin təşkili, eləcə də Astarada İranın sərhəd terminalının tranzit imkanlarının inkişafı müzakirə edilib.

Üçtərəfli görüşdə yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana, eləcə də əks tərəfinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi üçün güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG