Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

"Azərbaycanda 15 faizlik inflyasiya ola bilər"


Qərb ekspertləri Azərbaycanda builki büdcənin sabitliyi üçün Neft Fondundan daha 4, 6 milyard dolların çıxarılacağını gözləyirlər

►"Azərbaycan ölkənin bahalı qaz layihəsi üçün vəsait tapmaqda çətinliklərlə üzləşək."

ABŞ-da çıxan “Institutional Investor” jurnalında Matt Mossman yazır ki, “neft ölkələri Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde-ın yuxusuna haram qatır”.

Yanvar ayında BVF-in icraçı direktoru Nigeriyaya səfər edib və deyib ki, ölkənin “yeni biznes modelinə” ehtiyacı var.

Bundan bir ay sonra o Abu Dabidə keçirilən Ərəb Maliyyə Forumunda iştirak edib və yenə də Körfəzin petrodövlətlərini neft və qaz asılılığından xilas olmaq üçün yeni vergilərin tətbiqinə çağırıb.

Lagarde-ın radarındakı ölkə

“Lakin Lagarde-ın radar ekranında xüsusi bir yer tutan ölkənin adı Azərbaycandır” – yazır Mossman.

O qeyd edir ki, fondun nümayəndələri yanvarın sonunda və fevralın əvvəlində Bakıda olublar və media xəbərlərinə görə Azərbaycan 4 milyard dollar istəyir.

Azərbaycan Christine Lagarde-ın "radarındadırmı"?
Azərbaycan Christine Lagarde-ın "radarındadırmı"?

“İstər BVF, istərsə də Azərbaycan rəsmiləri bu xəbərləri təkzib ediblər, lakin görünən budur ki, ölkə artmaqda olan maliyyə təzyiqi altındadır” – yazır Mossman.

Mossman yazır ki, 2013-cü ildə neft Azərbaycan hökumətinin gəlirlərinin 73, 2 faizini təşkil edirdi, lakin indi xammal üç dəfə ucuzlaşdıqdan sonra karbohidrogenlər gəlirlərin yalnız 55 faizi qədər pul gətirəcək.

Məqalədə Standard and Poor reytinq agentliyinin məlumatı əsasında deyilir ki, ötən il büdcə kəsiri ÜDM-in 5 faizini təşkil edib. Agentliyin proqnozuna görə bu kəsir manatın ucuzlaşması və qaz gəlirlərinin manat hesabılə artması sayəsində qarşıdan gələn üç ildə 2 faizə düşə bilər.

BVF-in ağuşu

Mossman qeyd edir ki, manatın ucuzlaşmaqda davam etməsi inflyasiyanın 15 faizə qalxması ilə müşayiət oluna bilər.

Bu ilin yanvarında ölkənin maliyyə naziri Samir Şərifov 2016-cı ildə inflyasiyanın 10-12 faiz ola biləcəyini söyləmişdi.

“Institutional Investor” yazarı düşünür ki, Azərbaycan ölkənin bahalı qaz layihəsi üçün vəsait tapmaqda çətinliklərlə üzləşək.

Müəllifin fikrincə,“Neft Fondundakı iri məbləğ və çevik siyasət hələlik dövləti BVF-in ağuşundan kənarda saxlayır”.

Azərbaycan hökuməti büdcə sabitliyini qoruyub saxlamaq üçün ötən il bu fonddan 3, 5 milyard dollar çıxarıb.

Aberdeen Asset Management firmasının kredit analitiki Samuel Bevan-ın məlumatına görə builki büdcənin sabitliyi üçün Neft Fondundan daha 4, 6 milyard dolların çıxarılacağı gözlənilir.

Hazırda Neft Fondunda 33, 6 milyard dolların olduğu düşünülür.

XS
SM
MD
LG