Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

Baş həkim: 'Zəhərlənənlərdən hazırda 12 nəfər xəstəxandadır' 


Tarlada zəhərlənən işçilər və yaxınları, İmişli rayon mərkzi xəstəxanasının qarşısı,19 iyun 2018
Tarlada zəhərlənən işçilər və yaxınları, İmişli rayon mərkzi xəstəxanasının qarşısı,19 iyun 2018

“Hazırda İmişli Rayon Xəstəxanasında zəhərlənmə hadisəsi ilə bağı 12 nəfər saxlanır”

Bunu Səhiyyə Nazriliyi mətbuat xidmətinin əməkdşaı Səfayət Əhmədova bildirib.

S.Əhmədova deyib ki, iyunun 19-da zəhərlənmə təhlükəsi ilə xəstəxanaya 141 nəfər müraciət edib, 12 nəfər xaric digər müaraciət edənlər evlərinə buraxılıblar:

“Bu kütləvi zəhərlənmənin səbəbləri hələ ki, məlum deyil. Analizlər götürülüb, bu mənada səbəbin müəyyən edilməsi 3-4 gün və ya bir həftə çəkə bilər. Elə nəticələr də bundan sonra məlum olar”.

Imişli Rayon Xəstəxanasının baş həkimi Cəsur Paşayev də xəstəxanaya müraciət olunanların hamısına baxıdlığını, 12 nəfərin saxlandığını təsdiq edib:

“Onların da vəziyyətində problem yoxdur, durumları sabitdir və narahatlığa əsas yoxdur”.

Xatırlatma

Dünən, iyunun 19-da Imişli rayonundakı pambıq sahələrinin birində

günəmuz işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular.

Bununla da son 9 gündə Azərbaycanda pambıqçılar üçüncü dəfə idi ki, kütləvi şəkildə xəstəxanaya müraciət edirdilər. İyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilib. Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqəli oxşar cinayət işlərinin açıldığı deyilir.

XS
SM
MD
LG