Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Leyla Yunus: ‘Azərbaycanda işgəncələr var, olub və olacaq…’


İşgəncə daha çox hansı dövlət idarələrində olur?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

İşgəncə daha çox hansı dövlət idarələrində olur?

Azərbaycanda hüquq-mühafizə orqanlarında işgəncə barədə şikayət edib, günahkarın cəzalanmasına nail olmaq mümkündürmü?

Sülh və Demokratiya İnstitunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus deyir ki, Azərbaycanda dəhşətli işgəncələr var. Məsələn, keçən il təkcə iki hüquq-mühafizə orqanı ofisində işgəncədən 8 nəfər ölüb, başqa işgəncəyə məruz qalanlardan xəbər tutmaq olmur, çünki hökumət imkan vermir.

Avropa Şurasının İşgəncə və Pis Rəftar əleyhinə Komitəsi 14 ildir ki, Azərbaycanda, hüquq-mühafizə orqanlarında işgəncə və pis rəftarı öyrənmək üçün ölkəyə səfərlər edir. Bu müddətdə komitə üzvləri Azərbaycana 8 dəfə səfər ediblər. Komitə bildirir ki, Azərbaycan hökuməti bu səfərlərə dair hesabatın açıqlanmasına yalnız bugünlərdə razılıq verib.

Dəyənək, qalın kitab, butulka - işgəncə alətləri

Hesabata görə, hüquq-mühafizə orqanları işgəncə metodları kimi falaqqadan, elektoşokdan istifadə edir, adamlar şillə, yumruq, təpiklə döyülür, dəyənək, beysbol taxtası, qalın kitab, su doldurulmuş plastik butulka işgəncə alətlərinə çevrilir.

Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, hesabatı ona görə açıqlamağa icazə veriblər ki, artıb onu gizli saxlamağın mənası qalmayıb, hüquq müdafiəçiləri, ictiamiyyət çoxdan ordakı məlumatlardan xəbərdardır.

Onun fikincə, bu hesabat Azərbaycanda işgəncə və pis rəftarı azaltmayacaq, çünki belə hallar yüksək vəzifəlilər tərəfindən nəinki sanksiyalanır, bəzən hətta icra olunur.

Leyla Yunus deyir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi ən çox işgəncə verən qurumlardan biri idi, amma bu qurumun əməkdaşlarına qarşı cinayət işində işgəncədən söhbət belə getmir. Onun sözlərinə görə, bir nəfər də məmur indiyə qədər işgəncə verdiyinə görə cəzalandırılmayıb.

Avropa Şurası hələlik yalnız ümid edir

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin sədri Mykola Gnatovskyy isə deyir ki, hesabatların çap olunması hökumətlə əməkdaşlıqda irəliyə doğru addımdır, çünki artıq, indiyə qədər gizli qalan məqamları başqa beynəlxalq insan haqları qurumları, təşkilatlar da görəcək, bu mövzuda müzakirələr artacaq. Bu hesabata hökumətin özünün necə reaksiya verəcəyinə gəlincə isə, Gnatovsky deyir ki, onlar əməkdaşlığa hələlik yalnız ümid edirlər:

“Bizim işimiz tənqid deyil, bizim işimiz, konstruktiv tövsiyələr vermək və onun icrasına nəzarət etməkdir. İnanın mənə, başqa üzvlərlə olduğu kimi biz Azərbaycana da diqqətlə nəzarət edəcəyik və əlimizdən gələni edəcəyik ki, real dəyişikliyə nail olaq”.

Bəs 14 ildə, hesabatlar qapalı olsa belə, real nəticələr əldə olunubmu? Mykola Gnatovskyy deyir ki, bəzi pozitiv dəyişiklər olub, məsələn, psixiatriya xəstəxanalarında pis rəftar azalıb və saxlanma şəraiti yaxşılaşıb, amma işgəncə və pis rəftar hələ də köklü problem olaraq qalır:

“Yalnız polis deyil, başqa hüquq-mühafizə orqanları, o cümlədən ordu ilə bağlı bizə aydındır ki, pis rəftar və işgəncə halı olduqca ciddidir. Hesabatlılığın olmaması və işgəncələri törədənlərin cəzasız qalması da ciddi problemdir”.

Ədliyyə "işgəncələr yoxdur" deyir

İşgəncədən şikayət edənlərdən biri Nardaran işinə görə həbs olunmuş Abbas Hüseyndir. Onun anası Rəhimova bu ilin mayında AzadlıqRadiosuna deyib ki, Qobustan həbsxanasında 4-5 nəfər onun oğlunu döyüb, üç gün əlləri qandallı vəziyyətdə cərimə kamerasında – “karserdə” saxlanıb. Abbas Hüseyn işgəncədən məhkəməyə şikayət versə də, hakim bu şikayəti təmin etməyib.

Onun vəkili Fariz Hüseynli deyir ki, Abbas Hüseyn işgəncə iddiasının rədd edilməsini qanunsuzdur:

Fariz Hüseynli deyir ki, yalnız Abbas Hüseyn deyil, onun müdafiə etdiyi digər şəxslər də işgəncəyə məruz qaldıqları barədə iddialar qaldırsalar da, təmin olunmur.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mətbuat xidmətin rəhbəri Mehman Sadıqov deyir ki, həbsxanalarda və saxlanma yerlərində işgəncə yoxdur, pis rəftarla bağlı isə tədbir görülür.

Mehman Sadıqov deyir ki, ədliyyə qurumlarında pis rəftar edənlər cəzalandırılıblar, amma o, kimin cəzalandırıldığını açıqlamır.

AzadlıqRadiosu işgəncələr barədə Bakı sakinləri arasında da sorğu aparıb:

İşgəncə verən məmurlar necə cəzalansın?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, tənqidçilər və qurum öz hesabatlarında da, Azərbaycanın yalnız saxlanma yerləri və hüquq-mühafizə orqanlarında davranışla bağlı deyil, bir çox başqa öhdəliklərini də yerinə yetirmədiyini deyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG