Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Azərbaycan hərbi qulluqçusu həlak olub


Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

Bu gün, martın 26-da Azərbaycan ordusunun hərbi qulluqçusu həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

Nazirliyin açıqlamasına görə, axşam saatlarında Azərbaycan ordusunun bölmələrinin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində hərbi qulluqçu Əlləz Ələddin oğlu Əlləzov həlak olub.

“Eyni zamanda, Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb. Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil. Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır”, nazirlik vurğulayır.

Müdafiə Nazirliyi qeyd edir ki, hazırda cəbhə xəttində vəziyyət Azərbaycan Ordusunun bölmələrinin tam nəzarəti altındadır.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı bölmələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.

1994-cü ildə qüvvəyə minən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG