Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:16

Şimal küləyi gözlənilir


İyunun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi bildirilir. Şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-21, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq.

İyunun 20-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənir.Lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Gecə 16-21, gündüz 31-36, dağlarda gecə 9-13, gündüz 18-23 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG