Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Cənub rayonlarında yağış gözlənir


arxiv foto
arxiv foto

Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal-şərq küləyinin əsəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 15-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti proqnozlaşdırılır.

Sentyabrın 30-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı, lakin Lənkəran-Astara zonasının bəzi yerlərinə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 13-18, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG