Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:57

40-42 dərcə isti gözlənir


arxiv foto
arxiv foto

İyunun 26-da Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı bildirilir. Mülayim şimal-qərb küləyininəsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacaq.

İyunun 26-da Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi vurğulanır. Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti təxmin edilir.

Xəbərdarlıq

Nazirlik xəbərdarlıq verir ki, iyunun 26-dan ayın sonunadək ölkə ərazisində anomal isti olacağı, maksimal temperaturunun 35-40, Mərkəzi-Aran rayonlarının və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənir.

XS
SM
MD
LG