Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:37

Azərbaycan BMT məhkəməsində Ermənistanı ittiham edib (Video)


Məhkəmə dinləməsində
Məhkəmə dinləməsində

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ittihamları oktyabrın 18-da Haaqadakı BMT məhkəməsində səsləndirib.

Azərbaycan xarici işlər nazirinin müavini Ermənistanı “etnik təmizləmədə” və Azərbaycan ərazisində hətta atəşkəs razılaşmasından sonra da minalar basdıqmağı davam etməkdə günahlandırıb.

Elnur Məmmədov bu ittihamları oktyabrın 18-da Haaqadakı BMT məhkəməsində səsləndirib.

Ermənistan bu ittihamları rədd edir.

Oktyabrın 14-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasına baxırdı.

Ermənistanın iddiası da ötən il Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytardığı müharibə ilə bağlı idi.

Elnur Məmmədov oktyabrın 18-da Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə deyib ki, Ermənistan Azərbaycana qarşı “etnik təmizləmə və etnik nifrətin qızışdırılması” kampaniyasını davam etdirir.

Qarşılıqlı ittihamlar

Məmmədovun sözlərinə görə minaların yerləşdirilməsi Ermənistanın Azərbaycana qarşı onilliklərdir apardığı etnik təmizləmə kampaniyasının davam etdirilməsi deməkdir.

Ermənistan tərəfinin məhkəmədəki nümayəndəsi Yeğişe Kirakosyan Azərbaycan tərəfinin iddialarını rədd edib, onları “qondarma və özünü təmizəçıxarma cəhdi” adlandırıb.

O deyib ki, Azərbaycanın özü 1990-cı illərin əvvəllərində həmin ərazilərdə yüz minlərlə mina yerləşdirib.

Kirakosyan bunu da bildirib ki, Azərbaycan tərəflər arasında “saxta bərabərlik təsəvvürü” yaratmağa və özünü qurban kimi təqdim etməyə çalışır.

Eyni Konvensiya üzrə

Ermənistan nümayəndəsi deyib ki, Yerevan minalı sahələrin iki xəritəsini artıq Azərbaycan tərəfinə verib və bu prosesi gələcəkdə də davam etdirməyə hazırdır.

Məmmədov bildirib ki, erməni qüvvələrinin müharibə vaxtı və ondan sonra basdırdığı minalar 65-i mülki olmaqla 106 azərbaycanlının həyatına son qoyub.

O əlavə edib ki, Ermənistanın azərbaycanlıları bu şəkildə hədəfləməsinə və “terror etməsinə” heç bir hərbi zərurət yoxdur.

Ötən həftə eyni məhkəmədə keçirilən dinləmədə Ermənistan Azərbaycanı çox ciddi insan haqları pozuntularında ittiham etmişdi.

Azərbaycan tərəfi isə Ermənistanı hadisələr barədə “yanlış təsəvvür” yaratmaq cəhdində günahlandırmışdı.

Hər iki ölkə bir-birini İqri Diskriminasiyanın Bütün Formalarına Qarşı Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edir.

Qarabağ erməniləri arasında kim inteqrasiya istəmir?
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada onlar yenidən üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG