Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:39

Azərbaycanda da müəllimlərin maaşı artacaq, amma...


Venera Antonova, Udi dili müəllimi
Venera Antonova, Udi dili müəllimi

Amma hamınınkı yox...

Azərbaycanda müəllimlərin orta maaşı bir ildə 3 manat 10 qəpik artıb. Son altı ildə müəllimlərə hesablanan əməkhaqqı 29 manat 30 qəpik və ya 10,7 faiz çoxalıb. Buna dair rəsmi rəqəmlər də açıqlanıb.

Dövlət Statistika Komitəsinin (DSK-nın) bildirir ki, ötən il Azərbaycanda təhsil işçilərinin orta aylıq maaşı 301 manat 10 qəpik olub. Bu, ölkə üzrə orta əməkhaqqından 35,5 faiz azdır.

Dövlət təhsil müəssisələrində çalışanlara, orta hesabla, 298 manat, özəl bağça, orta və ali məktəblərində işləyən müəllimlərə 421 manat 60 qəpik maaş hesablanıb.

Buna da bax:​ 30 ilin müəllimi ən yüksək maaş – 450 manat alanda... [video]

Kasıbdan kasıb müəllim

2010-cu ildən bu yana təhsil sektoruna 11 min 700 nəfər yeni işçi qəbul edilib. Bu ilin əvvəlinə təhsil sektorunda 338,4 min nəfər çalışıb. DSK-nın hesabatına görə, onların 5,4 faizi minimum əməkhaqqından (105 manatdan) da aşağı maaşa qulluq edirlər. Bu, yoxsulluq səviyyəsindən də aşağıdır.

Barmaqla göstərilən müəllimlər də var

Qalan müəllimlərin maaşı da ürəkaçan sayılmaz. Ötən il bütün müəllimlərin 28,1 faizi 105 manatla 150 manat arasında, 17,7 faizi 151-200 manat arasında maaşla dolanıb. Başqa sözlə, müəllimlərin yarısından çoxu 200 manatdan az əməkhaqqı alır.

Müəllimlərin 22,1 faizinə 300 manatadək, 14,9 faizinə 400 manatadək maaş kəsilib. Çox az sayda müəllim 500 (6,5 faiz) və 600 manatadək (2,5 faiz) maaş alır. Daha yüksək əməkhaqqı alan müəllimlərsə barmaqla sayılacaq qədər azdır.

Buna da bax:​ Azərbaycan müəlliminə niyə belə az maaş verir? (Fotoqalereya)

Maaş artımına 80 milyon manat

Hökumət gələn il bütün müəllimlərin deyil, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq müəllimlərin maaşını artırmağı planlaşdırır. Təqdim edilmiş büdcə zərfində deyilir ki, gələn il bu yolla Naxçıvanda və ölkənin daha 26 bölgəsində müəllimlərin maaş artımına 80 milyon manat sərf olunacaq. Mexanizmsə belədir: həftəlik dərs yükü 12 saatdan 16 saata (33 faiz) çatdırılır, əməkhaqqı 2 dəfə artırılır. Qalan 26 rayondakı müəllimlər 2018-ci ili gözləməli olacaqlar.

Buna da bax:​ Gürcüstan müəllimlərin maaşlarını qaldırır

Gürcüstan müəllimlərinin maaşı artır

Qonşu Gürcüstanda isə media müəllimlərin hamısının maaşını artıracağına hökumətin söz verdiyi barədə xəbərlər yayır. Bu ölkənin baş naziri Tbilisidə pedaqoqlarla oktyabrın 3-də keçirilən görüşündə deyib ki, yanvarın 1-dən müəllimlərə verilən maaş 600-1100 lari (257-472 dollar) civarında olacaq.

Bu ilin fevralındakı 10 faizlik artım da daxil, indi Azərbaycan müəllimi, orta hesabla, ildə 205 dollar maaş alır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG