Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 01:23

Təcili Yardım: 'Günvurma ilə bağlı müraciət edənlər var'

Təcili yardım maşını, arxiv foto
Təcili yardım maşını, arxiv foto

“Yay mövsümü başlayandan, iyunun 22-dən bəri Bakı Şəhər Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasina günvurma ilə bağlı 14 nəfər müracət edib”

Bunu həmin qurumdan bildiriblər:

“Bu 14 nəfərdən 10-u kişi, o cümlədən 2-si oğlan uşağı olub. 4 nəfər isə qadındır. Bu saydan 6 nəfər iyunun 26-da, yəni, dünən stansiyaya müraciət edib”.

Stansiyadan onu da vurğulayıblar ki, müraciət edənlərə ilkin yarıdm göstərilib və sağlıq durumları ağır olmadığından xəstəxanalara yerləşdirilməyiblər.

Son günlər Azərbaycanın bəzi bölgələrində havanın hərarəti 40-41 dərəcəyə qədər yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazrilyinin açıqlamasına görə, anomal istilər iyun ayının sonuna qədər davam edəcək. Paytaxt Bakıda temperatur 38 dərəcəyə yüksəlib.

This item is part of
XS
SM
MD
LG