Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:45

Bakı və Yerevan “xalqları sülhə hazırlamaq” bəyanatı ilə nə demək istəyir?


Facebook 300 səhifəni sildi - Azərbaycandan kimlər var?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Facebook 300 səhifəni sildi - Azərbaycandan kimlər var?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər ki, əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi zəruridir.

Bu razılaşma barədə məlumat yanvarın 16-da ATƏT-in Minsk qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin Paris görüşlərinin nəticələri ilə bağlı yaydıqları bəyanatda yer alır.

Söhbət hansı sülhdən gedir? Ortada hansısa rəsmi razılaşma varmı?

Həm Azərbaycanda, həm də Ermənistanda prosesi izləyən şərhçilər bu suallara cavab əvəzinə çiyinlərini çəkirlər. Hökumətlər hansısa razılaşmanın olub-olmaması barədə açıqlama verməyiblər.

Elxan Şahinoğlu: Pashinian heç bir addım ata bilməcəyək

Bakıda “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Azərbaycan tərəfinin də “xalqları sülhə hazırlamalıyıq” bəyanatı ola bilsin, yeni baş nazir Nikol Pashinian-a Qarabağla bağlı hansısa addımı atmasına şans vermək üçündür:

“Amma verdiyi vədə baxmayaraq, Pashinian heç bir addım ata bilməcəyək. Çünki onun qarşısında Qarabağ klanı və Rusiya var. Pashinian özü sülh istəsə belə. Ermənistan hakimiyyətində kim olursa, olsun, öz istəyi ilə təəssüf ki, Azərbaycan torpaqlarını boşaltmayacaq”.

Elxan Şahinoğlu deyir ki, 10 il əvvəl, keçmiş Rusiya prezidenti Dmitri Medvedev-in vasitəçiliyi ilə də bənzər bəyanat imzalanmışdı, amma hansısa nəticəsi olmadı və yəqin ki, bu bəyanat da unudulub gedəcək. Şərhçi bildirir ki, Azərbaycan tərəfi gərək daha sərt bəyanata imza atardı, “xalqları sülhə hazırlamaq” bəyanatı Pashinian-ın maraqlarına xidmət edəcək, o, bununla status quo-nu uzadacaq.

Yerevanda Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Grigoryan deyir ki, xarici işlər nazirlərinin xalqları sülhə hazırlamaq barədə razılığa gəlməsi onu deməyə əsas verir ki, danışıqlarda hansısa irəliləmə var və bu da müsbət haldır:

“Hansısa müəyyən danışıq prosesi olub. Deməli, nə isə müzakirə ediblər, sonra çıxıb bəyanat veriblər. Bəs xalqları sülhə hazırlamaq nə deməkdir? Bu o deməkdir ki, hansısa plan müzakirə olunub. Bəlkə də Ermənistan və Azərbaycanın mövqeyində yaxınlaşma olub, çünki əgər siz xalqı sülhə hazırlamaq istəyirsizsə, demək nəyisə razılaşdırmısınız. Amma nəyin razılaşdırıldığını hökumətlərdən soruşmaq lazımdır”.

Azərbaycan Xarici işlər Nazirliyi ilə gün ərzində telefon əlaqəsi cəhdimiz alınmadı, zənglərimizə cavab verən olmadı.

Sülhə əvvəlcə hakimiyyətlər hazır olmalıdır

Yerevanda şərhçi Stepan Grigoryan deyir ki, sözü gedən bəyanatda məsələn, xalqların bir-birinə qarşı qızışdırılmasına son qoyulması nəzərdə tutula bilər. Bakıda politoloq Zərdüşt Əlizadə deyir ki, hakimiyyətlərin özləri də dəyişməlidirlər:

“Əhalini sülhə hazırlamaqdan əvvəl hakimiyyətləri sülhə hazırlamaq lazımdır. Hakimiyyətlər Qarabağla bağlı siyasətlərini yenidən nəzərdən keçirməlidirlər. Baxmalıdırlar ki, bu siyasətin hansı ünsürləri sülhə xidmət edir”.

Paris görüşündən sonra, həmsədrlərin bəyanatında həm də deyilir ki, Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi məsələsi nəzərdən keçirilib, hətta belə bir görüş planlaşdırılıb.

Prezident İlham Əliyev və baş nazir Nikol Pashinian indiyə qədər Qarabağ münaqişəsini müzakirə etməyiblər. İndiyə qədər onların yalnız bir neçə ayaqüstü görüşü olub. Ətraflı sülh danışıqları əsasən 2016-cı il aprel döyüşlərindən sonra dalana dirənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG