Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 02:31

Azərbaycan və Ermənistan nə qədər silah alıb?


BTR-82A
BTR-82A

Silah ixrac edən ölkələr 2006-2015-ci illərdə Azərbaycana 1 milyard 328.9 milyon dollar dəyərində silah satdığını açıqlayıb. Ermənistana rəsmi yollarla gətirilən silahların toplam dəyəri bundan qat-qat az – 26.7 milyon dollardır. Söhbət aktiv döyüş əməliyyatlarında istifadə olunan ağır artilleriyadan və hərbi texnikadan deyil, əsasən, yüngül döyüş silah-sursatından gedir.

ƏSAS TƏCHİZATÇILAR - RUSİYA, İSRAİL, TÜRKİYƏ

Sözügedən zaman dilimində - 2006-2015-ci illərdə Rusiya Azərbaycana 1 milyard 29.6 milyon dollar dəyərində silah-sursat satdığını BMT-nin statistika bölməsi vasitəsilə açıqlayıb. Bunun 975.5 milyonu 2011-2013-cü illərin payına düşür. Ötən ilin silah satışı rəqəmləri hələ açıqlanmayıb.

Azərbaycana silah satışında ikinci yerdə duran İsrail həmin dövrdə Azərbaycana silah satışından 157 milyon dollar qazanıb. Türkiyə eyni dövrdə Azərbaycana 185.4 milyon dollarlıq silah satıb.

DÖYÜŞ SİLAHLARININ SATIŞINA DAİR BİLGİLƏR GİZLİ SAXLANIR

BMT-nin statistika bölməsinin beynəlxalq ticarətə dair hesabatlarına görə, 2010-2016-cı illərdə Azərbaycan həm də, əsasən, Cənubi Afrika Respublikasından olmaqla, 5.6 milyon dollarlıq tank və digər özüyeriyən zirehli texnika və onların ehtiyat hissələrini satın alıb. Ermənistana bu növ hərbi texnika ixracı haqqında məlumat verilmir. Hər iki ölkəyə hərbi təyyarə və helikopter, eləcə də hava hücumundan qorunma sistemlərinin satışı barədə ictimaiyyətə açıq bilgilər yoxdur. Ancaq hər iki ölkənin hərbi qurumları bu sahədə silahlanmanı sürdürdüyünü bəyan edir.

Gömrük və statistika komitələri Azərbaycanın silah ticarətinə dair hər hansı məlumat vermir. Ermənistansa «Comtrade» vasitəsilə yalnız 2012-ci (100 min dollar dəyərində) və 2016-cı ildə (69 min dollar dəyərində) silah aldığını bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG