Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 13:45

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sentyabrın 26-da görüşəcək


Foto arxiv
Foto arxiv

Sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zohrab Manatsakanyan arasında görüş olcaq.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti sentyabrın 24-də Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ,BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyası çərçivəsində baş tutacaq.

Elmar Məmmədyarovla Manatsakanyan bundan əvvəl- bu ilin iyulunda Brüsseldə görüşüblər.

Bu Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra iki ölkənin xarici işlər nazirləri arasında ilk görüş idi.

Hazırda Ermənistan prezidenti Nikol Pashinian da Nyu-Yorkdadır.

O, ABŞ-a BMT baş Assambleyasın 73-cü sesiyasında iştirak etmək üçün gedib.

Buna da bax:XİN həmsədrlərə səslənib

Qeyd edək ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Mins qrupuna isə ABŞ, Fransa və Rusiya həmsədrlik edirlər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

XS
SM
MD
LG