Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:58

Naxçıvanda da atəşkəsin pozulduğu bildirilir


Azərbaycan əsgərləri -Arxiv Fotosu
Azərbaycan əsgərləri -Arxiv Fotosu

Məlumatı Ermənistan tərəfi də təsdiqləyib.Ermənistanın Müdafiə Nazirliyi 1 əsgərinin həlak olduğunu bildirir.

Bu barədə də Azərbaycan Müdafiə Nazirliyinin iyulun 14-də atəşkəsin pozulması ilə bağlı yaydığı növbəti açıqlamasında bəhs edilir.

Orada qeyd edilir ki, iyulun 14-ü, saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub .

Nəticədə Azərbaycan ordusunun bir hərbi qulluqçusunun yaralandığı bildirilir :

"Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. "
Açıqlamaya görə, cavab atəşi açılıb, hazırda həmin istiqamətdə vəziyyət sabitdir.ycan-

Ermənistan dövlət sərhədində silahlı insitent olması barədə məlumatı Ermənistan tərəfi də təsdiqləyib.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, sərhədin Yerasx istiqamıtində baş vermiş bu atışmada 1 Ermənistan əsgəri həlak olub.

Ermənistan tərəfinin məlumatına görə Azərbaycan hərbçiləri mühəndis texnikalarından istifadə edərək , istehkam işləri görmək üçün mövqelərini qabağa çəkməyə cəhd edib.Amma Ermənistan tərəfinin cavab tədbirindən sonra , Azərbaycan əsgərləri Ermnistan ordusunun mövqeini atəşə tutublar.

Ermənistanın müdafiə nazirliyi buna ciddi cavab veriləcəyini xəbərdarlıq edib.

Qeyd edək ki, Ermənistanın Ararat vilayətindəki Yerasx kəndi, Sünik də daxil olmaqla, əvvəllər Naxçıvanla Azərbaycan arasında əsas magistral və dəmir yolunun üstündə yerləşən Naxçıvanın eksklav Kərki kəndi ilə sərhəddə yerləşir.

Azərbaycan XİN: " ...Qəbuledilməzdir"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi də sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama yayıb.

Bu nazirliyin də açıqlamasında qeyd edilir ki, iyulun 14-də Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçuları yaralanıb

Açıqlamada yazılıb ki, son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qınayırlar: "Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir. "

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG