Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 07:47

Elektron vizaların verilməsinə başlanır


Forto: arxiv

Azərbaycanda ASAN Viza sistemi işə salınır.Məqsəd əcnəbilərin ölkəyə gəlmək üçün viza almasını sadələşdirməkdir.

Elektron sistemin layihəsi baxılmaq üçün bir ay ərzində dövlət başçısına təqdim olunacaq. Sistem işə başlayanda viza verilməsi üç gün ərzində mümkün olacaq. Elektron vizaların siyahısı Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənməli və vizalar XİN-in təqdim etdiyi ölkələrin vətəndaşlarına verilməlidir.

Turan xəbər verir ki, bu barədə ASAN Xidmətin rəhbəri İnam Kərimov yeni sistemin təqdimatı zamanı bildirib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə deyib ki, viza verilməsi təkcə beynəlxalq hava limanlarında yox, bütün sərhəd-buraxılış məntəqələrində təmin edilməlidir. Onun sözlərinə görə, hazırda 12 ölkənin vətəndaşları aeroportlarda viza ala bilər. Bunlar Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya, İndoneziya və Fars körfəzi ölkələridir.

Vizaya görə dövlət rüsumu azaldılıb və 20 dollar təşkil edir.

Buna da baxın: "Sərhəddə viza" xəbəri: turistlərin pərtliyi

ASAN Viza sisteminin vizalarından ümumilikdə 81 ölkənin vətəndaşları yararlana biləcəklər.

Həmin siyahıda ABŞ, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, BƏƏ, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, İngiltərə, Braziliya, Bruney, Cənubi Afrika, Çexiya, Çili, Çin, Danimarka, Estoniya, Əlcəzair kimi ölkərlərin adları var.

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG