Bakıda Cüdo üzrə dünya çempionatı davam edir. Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya çempionatında bürünc medal qazanıb.
73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı son görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb.
Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib.
Xatırlatma
Cüdo üzrə dünya çempionatı bu yarışların tarixində ilk dəfə olaraq Azərbaycanda keçirilir.
Çempionatın yarışlarına sentyabrın 20-də start verilib.
Yarışa 125 ölkədən 758 cüdoçunun (460 kişi, 298 qadın) qatıldığı bildirilir. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunur.
Çempionata sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulmalıdır.