Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:50

Hikmət Hacıyev 'The Financial Times'a cavab verir


Hikmət Hacıyev
Hikmət Hacıyev

"Neft ölkələrinə yararsız ev sahibləri damğası vurmaq riyakar oyunudur". Bunu Azərbaycan prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev Britaniyadan çıxan "The Financial Times" qəzetinin oktyabrın 14-də dərc etdiyi "COP29 və Azərbaycanın yaşıl kamuflyajı" adlı redaksiya məqaləsinə cavabında yazır. "Məktub: Azərbaycanın iqlim rolu regional sülh prosesinin tərkib hissəsidir"məqalə belə adlanır.

H.Hacıyev qeyd edir ki, Azərbaycanda gələn ay COP29 keçiriləcək və iqlim sammiti artıq 28 ildir neft və qaz istehsalçısı ölkədə gerçəkləşdirilir. İsveçrəni çıxmaqla hər bir ev sahibi istehsalla məşğuldur, üstəlik, dünyanın hər bir ölkəsi, istisnasız, mədən yanacağı istehlakçısıdır.

Prezidentin müşaviri Azərbaycanın ev sahibliyinə sülh danışıqlarının tərkib hissəsi olaraq Ermənistanın vetonu qaldırmasından sonra nail olduğunu yazır. O, sülh danışıqlarında əhəmiyyətli proqresə çatıldığını vurğulayır. COP-öncəsi sülh sazişinin imzalanmasına gəlincə, H.Hacıyev Ermənistan konstitusiyasında Azərbaycana qarşı revanşist ərazi iddiasını əsas əngəl kimi göstərir. "COP başlayanadək sülh sazişinin imzalanmasından asılı olmayaraq, COP yenə də necə yaranmasından dolayı sülh COP-u olacaq", – o bildirir.

H.Hacıyev vurğulayır ki, builki COP mədən yanacağından qlobal keçidi reallaşdırmaq üçün maliyyə hədəfinin artırılmasına fokuslanacaq.

İlham Əliyev
İlham Əliyev

FT COP29-u 'Azərbaycanın yaşıl kamuflyajı' adlandırır

Azərbaycanda noyabrda keçiriləcək COP29 BMT-nin iqlim konfransı öncəsi Qərb mediası ev sahibi ölkədə insan haqları problemlərindən daha tez-tez yazmağa başlayıb.

"The Financial Times"ın redaksiya heyəti qeyd edir ki, artıq üçüncü ildir iqlim konfransı insan haqlarının durumu birmənalı olmayan avtoritar ölkədə və ikinci ildir neft ölkəsində keçirilir. Qəzet yazır ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə həm də öz reputasiyasını təmizləməyə, "yaşıl kamuflyaj" ilə maskalamağa çalışır.

"Sülh COP-u"

Məqalədə Azərbaycanın Ermənistanla sülh sazişi imzalamadığı vurğulanır. Qəzet yazır ki, "sülh COP-u" vəd edən Azərbaycan bu tədbir öncəsi Ermənistanla sülh sazişi imzalamaqla bu gözləntini doğrulda bilər.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb. Hazırda Bakı sülh sazişi üçün əsas əngəl kimi Ermənistan konstitusiyasında özünə qarşı ərazi iddialarını əsas gətirir. Yerevan isə saziş layihəsinin razılaşdırılmış maddələr əsasında imzalamağı təklif edir.

FT qeyd edir ki, Azərbaycan kimi ölkələrə qlobal tədbirlərə ev sahibliyinə icazə vermək nəzərə olaraq avtokratları özlərini daha yaxşı aparmağa məcbur etmək anlamına gələ bilər.

"Ancaq fevralda dövlətin idarə etdiyi seçkidə beşinci qələbəsini qazanan Əliyev təlaşsız görünür. İnsan haqları qrupları COP öncəsi tənqidçilərə, mediaya və vətəndaş cəmiyyətinə təzyiqlərin önlənməsi üçün Bakıya təzyiq göstərməyə çağırır. Yerli hüquq müdafiəçiləri ölkədə 300-dək siyasi məhbusun olduğunu deyirlər", – məqalədə vurğulanır.

FT hökumətləri və iştirakçıları COP29 fürsətindən yararlanaraq Azərbaycana demokratik göstəricilərlə bağlı təzyiq göstərməyə çağırır.

'On milyardlarla dollar itirəcəksiniz' - Avropa Bakını tənqid edib niyə əməkdaşlıq edir?
Gözlə

No media source currently available

0:00 0:11:54 0:00

"Gerçəkdən iyrəncdir"

Azərbaycan isə deyir ki, "COP29-a görə Azərbaycana insan haqları sarıdan narahatlıq bildirməyin". Bunu "POLITICO"ya prezidentin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev deyib.

Hacıyev demokratiya ilə bağlı beynəlxalq tənqidləri "koordinasiya olunmuş qarayaxma kampaniyası və çirkin propaqanda" adlandırıb.

"Gerçəkdən iyrəncdir – bunu Azərbaycana qarşı düşməncəsinə hərəkətlər sayırıq. COP gündəmini iqlim dəyişikliyinə birbaşa bağlılığı olmayan məsələlərlə yükləmək fayda vermir, ziyanlıdır", – Hacıyev deyib.

Müşavirin sözlərinə görə, "iqlim dəyişikliyə elmə əsaslanır. Burada ideologiyaya yer yoxdur".

Ötən həftə "Human Rights Watch" yaydığı hesabatda Azərbaycanın hökumət tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı "kinli" hücuma başladığını bildirib.

"POLITICO" da Azərbaycanın geriyə addım atmaq əlaməti göstərmədiyini yazır. Prezident Əliyev ötən həftə Bakıda COP-öncəsi tədbirə müraciətində belə fikirləri "qarayaxma" kampaniyası adlandıraraq deyib ki, bu cəhdlər əbəsdir, "bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz".

Ötən ilin noyabrından bəri Azərbaycanda 20-dək müstəqil jurnalist, ictimai fəal, əsasən, qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Onlar ittihamı qəbul etmirlər, peşə fəaliyyətlərinə görə saxlandıqlarını deyirlər.

XS
SM
MD
LG