Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:02

Azərbaycanla Çexiya enerji sahəsində əməkdaşlıq edəcək


Azərbaycan prezidenti İlham Əliyev və Çexiya prezidenti Milos Zeman, Praqa ,24 aprel 2014

Çexiyaya iri neft tədarükçülərindən biri olan Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu barədə Trend-ə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Çexiya arasında enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum hazırlanır.

Buna da bax: Azərbaycan-Çexiya qarşılaşması fotolarda

Səfir deyib:

"Bu memorandumun imzalanması iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradacaq".

Diplomat bildirib ki, memorandumun layihəsi üzərində iş bitdikdən sonra sənəd Azərbaycanın energetika naziri Natiq Əliyevin Praqaya səfəri çərçivəsində imzalanacaq. Səfərin bu il baş tutacağı planlaşdırılır.

Azərbaycanın Dövlət Gömrək Komitəsinin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsi 2016 ilin yanvar-noyabr aylarında 312,02 milyon dollar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG