Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:19

Gələn il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb 


Nazirliyin layihə ilə bağlı verdiyi məlumata görə, dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat  proqnozlaşdırılır

Azərbaycan Maliyyə Nazirliyi bugün, sentyabrın 8-də 2022-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərini açıqlayıb.

Nazirliyin layihə ilə bağlı verdiyi məlumata görə, dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat proqnozlaşdırılır.

Bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur.

Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək.

2022-ci ildə dövlət büdcəsinin xərcləri isə 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat proqnozlaşdırılıb.

Nazirliyin vurğuladığına görə, xərclərin 68,7 faizini cari , 24,7 faizini əsaslı , 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Neftin qiyməti 45 dollardan götürülüb

Lyihədə gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 45 ABŞ dollarına bərabər götürülüb.

Bu il isə bu məbləğ 40 dollar götürülüb.Hazırda Azərbaycan neftinin bir bareli 70 dollardan baha satılır.

XS
SM
MD
LG