Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

Beynəlxalq Bankın özəlləşdirilməsi hökumətin gündəmində


Azərbaycan Beynəlxalq Bankı, 2005

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi məsələsi bu gün, sentyabrın 6-da Nazirlər Kabinetində müzakirə edilib.

Bu haqda Nazirlər Kabinetinin məlumatında bildirilir.

Məlumata görə, toplantıda əsas müzakirə mövzusu “Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” prezidentin 3 il əvvəl imzaladığı fərmanın icrası olub.

Baş nazir Novruz Məmmədov həmin fərmanının icrasının təmin edilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib

Toplantıda İqtisadiyyat, Maliyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ədliyyə nazirlikləri, Bakı Nəqliyyat Agentliyi, Aqrarkredit QSC, Azərbaycan Sənaye Korporasiyası ASC, Dövlət Gömrük və Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərləri iştirak edib.

“Aqrarkredit” QSC-nin Azərbaycan Beynəlxalq Bankından aldığı problemli aktivlərin əvəzində əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadədə diqqət mərkəzində olub.

XATIRLATMA

Ötən il Azərbaycan Beynəlxalq Bankı (ABB) 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ( kreditin və ya onun qaytarılma şərtinin dəyişdirilməsi-R) ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Verilən məlumata görə, bundan əvvəl isə ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Prezident İlham Əliyev restrukturizasiyadan əvvəl, hələ 2015-ci ildə “ABB Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalamışdı.

Fərmanda yazılırdı ki, son illər bankın idarə edilməsi və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən riskli investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına, likvidliyinin azalmasına səbəb olub.

“Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb”, sənəddə bildirilirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG