Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:59

Bakıda Əfqanıstanla bağlı toplantı keçirilir


Bakı
Bakı

İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilir.

Tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ-ın Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Alice Wells və 60-a yaxın ölkədən nümayəndə iştirak edir. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

APA-nın xəbərinə görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, məqsəd Əfqanıstan və ölkədən kənarda sülhə, təhlükəsizliyə dair hədəflərə nail olmaqdır.

O bu platformanın əhəmiyyətini qeyd edib:

"Bu, çox mühüm platformadır. Geniş tərkibli beynəlxalq ölkələr qrupu Əfqanıstan-"Taliban" münaqişəsinin həllinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səyləri daha da inkişaf etdirməyə şadıq.".

A. Əzimov gündəliyin çox vacib olduğunu, ölkələrin müəyyənləşdirdiyi prioritet əsaslar üzərində qurulduğunu deyib:

"Bu, həm də Əfqanıstan hökumətinin yaxşı nəticələr əldə etmək istədiyini göstərir…".

Xatırlatma

Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib. Azərbaycan daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.
Beynəlxalq Təmas Qrupu Əfqanıstan və onun yerləşdiyi regionun inkişafına töhfə verilməsindən ötrü müzakirələrin aparılmasına xidmət edən platformadır.

XS
SM
MD
LG